Məhkəmə qərarları › İş №3(004)-5500/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5500/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5500/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin sahə rəisi X5, Zərərçəkmiş şəxs – X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09 sentyabr 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X8 və X7 mobil telefonlarını xx.xx.2024-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin sahə rəisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs X8 və X7 mobil telefonlarını xx.xx.2024-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirdiyini, göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək protokolda göstərilən əməli törətdiyini, vətəndaşa maddi ziyan vurduğunu, əməlindən peşman olduğunu, göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Salman Ənvər oğlunun aptekdə onun başını qataraq telefonunu oğurlayaraq qaçdığını, telefonunu qaytarsa da hazırda Şəxs şikayətçi olduğunu, cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X8 və X7 mobil telefonlarını xx.xx.2024-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı X3 və vət. X7 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdikləri müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törətmiş naməlum şəxsin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 15 oktyabr 2024-cü il tarixli, AZ 013878 nömrəli protokoldan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. Şəxs polis bölməsində verdiyi izahatdan görünür ki, o, əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X3 polis bölməsində verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında restorandan çıxıb evə gedən zaman mobil telefonunda “Vaze” naviqasiya proqramına daxil olmuş, restoranın arxa küçəsi ilə hərəkət edən zaman qarşısına 20-25 yaşlarında olan bir şəxs çıxmış, həmin şəxs ona yaxınlaşaraq mobil telefonunda konturunun bitdiyini və anasına zəng vurmaq üçün ondan mobil telefonunu istəmiş, o isə mobil telefonu həmin şəxsə vermiş, həmin şəxs nömrə yığaraq təqribən bir metr ondan aralaşmış, bu zaman yoldan keçən digər şəxs qarşılarından keçən zaman o, həmin şəxsə ünvanını deyərək ona yolu izah etməsini xahiş etmiş, həmin şəxs ona yolu izah edib yanından uzaqlaşdıqdan sonra o geriyə dönüb danışmaq üçün mobil telefonunu verdiyi şəxsi orada görməmiş, nə qədər ətrafa baxıb ətrafı axtarsa da, həmin şəxsi tapa bilməmişdir. Yenidən “101” restoranına qayıdıb onlardan telefon xahiş edib zəng edərək polisə məlumat vermişdir. Həmin mobil telefon ona məxsus, yaşıl rəngli “RedMi 12” markalı mobil telefondur, həmin mobil telefonu bir ay bundan əvvəl 350 manata almış, hadisə nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. “Baxış keçirilməsi haqqında” 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində türk vətəndaşı X6 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş, hadisə yeri Yasamal rayonu, Haqverdiyev küçəsi 3, “101” restoranının arxasıdır, hadisə yerinin foto şəkilləri çəkilmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs dəfələrlə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmiş, sonuncu dəfə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3906/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab olunur. X2 törətdiyi inzibati xətanı törətməsini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. X2 inzibati xətanın inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3906/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı) inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM-33.1.2) qiymətləndirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar