Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5502/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun AR ƏƏSMN yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov protestlə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə protesti nəzərdən keçirərək hesab edir ki, protest geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız protest daxil olmuş, lakin protest verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə qeyd edilən qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən hal isə, yəni protest verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun AR ƏƏSMN yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair protesti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106, 109 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun AR ƏƏSMN yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair protesti geri qaytarılsın. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5502/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5502/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver