Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5503/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin sədri X8, Tələbkarlar Zərərçəkmiş şəxs, X1 və X2 iştirakları ilə, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs MTK-nın Azərbaycan Respublikasın Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən inzibati xəta haqqında müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC tərəfindən sökülən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43.6 kv.m sahəli 4 saylı və 86 kv.m sahəli 6 saylı mənzillərin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə 183.9 kv.m + 20% olan ayrı-ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzilin verilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Borclu Şəxs MTK Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs MMC tərəfindən tələbkarlara məhkəmə qərarının icrası kimi təqdim edilmiş mənzil iki ayrı ayrılıqda mənzil olmadığına (bir mənzilin sahəsinin hesabına iki mənzil düzəldilərək təqdim olunduğuna) görə, eləcə də məhkəmə qərarında göstərilmiş digər tələblərə uyğun olmadığı üçün tələbkarlar tərəfindən həmin mənzilin qəbul edilməsi ilə bağlı onlara edilmiş təkliflə razılaşmamışlar və qərarda göstərilimiş sözügedən ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə 183.9 kv.m + 20% olan ayrı-ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzilin verilməsini, yəni məhkəmə qərarında göstərilən qaydada düzgün icra olunmasını tələb etmişlər. Qeyd edilənləri nəzərə alaraq borclu hüquqi şəxs Şəxs MTK barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın rəhbəri X10 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, hazırda Şəxs MMC-nin hüquqi ünvanı Səbail rayonu ərazisinə aid olduğu üçün işə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Daha sonra qeyd etmişdir ki, mənzillərin təhvil verilməsini bir müddət əvvəl tələbkarlara təklif etmişdir, lakin onlar həmin təkliflə razı olmamışdırlar. Sözügedən icra sənədi bugünədək ondan asılı olmayan səbəblərdən icra olunmamışdır. Belə ki, icra sənədinə əsasən mənzillər tam təmirli və hazır qaydada təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs MTK-nın tikintisini həyata keçirdiyi binanın tikintisi hələ də davam etməkdədir və həmin binada hər hansı təhvil-təslim və alqı-satqı olmamışdır. Bununla bağlı icra hakimiyyətindən alınmış arayış məhkəməyə təqdim olunmuşdur. Mənzillərin təhvil verilməsinədək nəzərdə tutulan kirayə haqlarının ödənilməsinə gəldikdə isə protokol tərtib olunanadək bütün kirayə haqları vaxtında ödənilmişdir və bununla bağlı hər hansı borcdan söhbət gedə bilməz. Qeyd edilənləri nəzərə alaraq, hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, təklif etdiyi mənzil ümumilikdə 220 kv.m-dir, lakin təhvil verilərkən 2 ayrı mənzilə bölünməklə hər mənzilə ayrı-ayrılıqda arayış veriləcək, DƏDRX-dən müvafiq çıxarış alınması mümkün olacaq. Tələbkarlara hazır olan digər 2 blokdan mənzil verilməsini təklif etsə də, onlar qətnamədə göstərilən tələblərə cavab vermədiyindən həmin mənzillərdən imtina etdilər. Hazırda göstərilən şərtlər daxilində tərəfindən başqa mənzilin təklif edilməsi mümkün deyil. Kirayə pulu ilə bağlı isə bir müddət gecikmələr olsa da, hazırda dekabr ayı da daxil olmaqla tam qaydada ödənilmişdir və qətnamənin həmin hissədə icrasında heç bir problem yoxdur. Məhkəmə iclasında tələbkar X6 bildirmişdir ki, Şəxs MMC-nin rəhbəri X10 tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı bir əsaslı addım atılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183.9 kv.m + 20% olan ayrı-ayrılıqda iki ədəd təmirli mənzilin verilməsi nəzərdə tutulmuşdur. Həmin mənzillərin üzü həmin küçəyə baxmaqla, yəni pəncərəsinin küçəyə dənizə tərəf baxması nəzərə alınmaqla mənzillər təhvil verilməli idi. Lakin Şəxs MMC-nin rəhbəri X8 onlara təklif etdiyi mənzil tək bir mənzildən ibarət olmuş və o həmin mənzili iki yerə bölməklə iki ayrı ayrı mənzil düzəldərək onlara təklif etmişdir. Bundan sonra X10 onlara bildirmişdir ki, əlində olan yeganə mənzil budur və ya bu təkliflə razılaşmalıdırlar ya da bütün mənzillər artıq satıldığı üçün onlara heçnə verə bilməyəcək. Bundan sonra X10 tərəfindən sözügedən icra sənədinin icrası ilə bağlı hər hansı addım atılmamış və onlara başqa mənzillər təklif olunmamışdır. İcra sənədində göstərilən kirayə haqqının ödənilməsi məsələsinə gəldikdə isə yalnız onlar tərəfindən uzun müddət ərzində müxtəlif orqanlara edilən kollektiv şikayətlərdən sonra 8 ay sonra onlara kirayə haqları ödənilmişdir. Şəxs MMC tərəfindən həmin ərazidə inşa olunan çoxmərtəbəli mənzilin tikintisinin başa çatmaması ilə bağlı icra hakimiyyətindən təqdim olunan arayışa gəldikdə isə bildirmişdir ki, artıq binada olan mənzillərin alqı-satqısı aparılmışdır və həmin arayışı təqdim edən məsul şəxs də Şəxs MMC-nin rəhbərliyi ilə əməkdaşlıq edir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs MTK barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, onların müxtəlif orqanlara şikayətləri, həmçinin Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs MTK-nın hesabları üzərinə qoyulan məhduddiyyətdən sonra rəhbərliyi heç bir rəsmi qüvvəsi olmayan və müvafiq orqanda təsdiqlənməmiş plan-layihəni İcra şöbəsində onlara təqdim etdi və qeyd olunan təklif qətnamənin tələblərini kobud surətdə pozduğu üçün razılaşma əldə edilmədi. Daha sonra heç bir mənzil təklif edilməmişdir, hazırda rəhbərliyinin İcra Şöbəsində icra məmurunun yanında qeyd etdiyi kimi bütün mənzillər satılmışdır və Səbail RİH-dən aldığı saxta arayış ilə qətnamənin icrasından yayınmaq məqsədi güdür. MTK-nın rəhbəri E.Kərimov barəsində kifayət qədər həm özləri, həm də digər şəxslər tərəfindən şikayətlər edilmişdir, kütləvi infomasiya ehtiyatlarında bununla bağlı materiallar mövcuddur. Məhkəmə iclasında iştirak edən digər tələbkarlar Zərərçəkmiş şəxs və X7 yuxarıda göstərilən izahata uyğun eyni məzmunda ifadə verərərk borclu Şəxs MTK barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdilər. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə, yəni ayrı-ayrılıqda iki ədəd mənzilin verilməsi ilə bağlı hissəsində yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ...Şəxs MMC tərəfindən sökülən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43.6 kv.m sahəli 4 saylı və 86 kv.m sahəli 6 saylı mənzillərin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə 183.9 kv.m + 20% olan ayrı-ayrılıqda iki ədəd təmirli mənzilin verilməsi... qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs MMCyə sözügedən icra sənədinin icrası ilə bağlı lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində qeyd olunan tələbi təmin etməkdən qərəzli yayındığını bildirmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli 29/23 saylı məktubdan görünür ki, “Hermes-S» MTK məhkəmə qərarı əsasında verilmiş icra sənədində tələbkar kimi qeyd edilmiş Zərərçəkmiş şəxs və X4, X5 “Hermes-S» MTK tərəfindən həmin şəxslərə ayrılmış mənzili vizual olaraq göstərildi lakin onlar mənzil ilə tanış olduqdan sonra tərtib edilmiş protokola imza etməkdən imtina edərək onlara ayrılmış mənzil barəsində müzakirə etməkdən imtina edərək ofisi tərk etmişlər. İş materiallarında olan “Hermes-S» MTK tərəfindən Yasamal rayon icra şöbəsinə ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli 51/23 saylı məktubdan görünür ki, “Hermes-S» MTK məhkəmə qərarının icrası ilə əlaqədar tələbkarlara veriləcək mənzillərin 3 variantında cizgi planını hazırlayıb təqdim etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hermes-S» MTK-nın məhkəmə qərarının icrası ilə əlaqədar təqdim etdikləri təkliflərə tələbkarlar razı olmamışlar, belə ki, təklif edilmiş mənzillər məhkəmə qərarında göstərilən mənzillərdən fərqli olmuşdur, mənzillər ayrı-ayrı mənzillər deyildir, borclu eyni bir mənzil daxilində ayrıca bir mənzil, yəni bir mənzildən iç-içə iki mənzil yaratmaqla mənzil təklif etmiş, digər tərəfdən onlardan bir mənzilin isə üzü Qurbam Abbasov küçəsinə baxmaması olmuşdur. Məhkəmə ilk növbədə Şəxs MTK-nın rəhbəri X8 hazırda Şəxs MTK-nın hüquqi ünvanı Səbail rayonu ərazisində olduğu üçün işə Səbail Rayon Məhkəməsində baxılmalı olması ilə bağlı verdiyi vəsatətlə bağlı bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından da göründüyü kimi Şəxs MTK-nın barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman yəni inzibati xəta aşkar edilərək barəsində inzibati protokol tərtib edilərkən hüquqi şəxsin ünvanı ünvan 6 zamanı (məhkəməyə ərizə təqdim edərək birinci məhkəmə iclasının təxirə alınmasına nail olduqdan sonra) Şəxs MTK-nın hüquqi ünvanı dəyişdirilərək Səbail rayonuna qeydiyyata alınması təmin edilmişdir və bu əsasla inzibati işin həmin rayona göndərilməsi ilə bağlı vəsatət verilmişdir. Məhkəmə hesab edir ki, bu kimi hallar əsas götürülərək işin digər məhkəməyə göndərilməsi təmin edilə bilməz. Birincisi ona görə ki, inzibati xətanın törədilməsi faktı aşkar edilən zaman Şəxs MTK-nın hüquqi ünvanı Yasamal rayonunun ərazisində olmuşdur. İkincisi, İXM-nə əsasən qanunvericilik yalnız fiziki şəxslərə münasibətdə onların vəsatətlərinə əsasən inzibati işə onların yaşadığı yer üzrə baxıla bilməsi imkanını nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs Şəxs MMC-ya Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından da göründüyü kimi borclu məhkəmə qərarının icrası ilə əlaqdar etdiyi hərəkətlər – təklif etdiyi mənzillər məhkəmə qərarında və ona uyğun verilmiş icra vərəqində əks edilmiş hallara uyğun olmadığından 4 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, məhkəmə qərarı üzürsüz səbəbdən hələ də icrasız qalmışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, borclu tərəfindən tələbkarlara təklif edilən mənzilin əlamətləri (sahəsi, ayrı-ayrı mənzillər olması, üzü konkret istiqamətə baxması və s) məhkəmə qərarında qeyd edilən mənzil olmadığı aşkardır və belə olan halda məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası ilə əlaqədar görüntü yaratmaqla məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MTK-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5503/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5503/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver