Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5520/2025 05.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin EQ 29865447 saylı, 10 avqust 2025-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin EQ 29865447 saylı, 10 avqust 2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, etibarnamə əsasında idarə etdiyim 90CL894 dövlət qeydiyyat nişanlı KİASportage markalı avtomobillə təxminən 14:00 radələrində Şamaxı şəhərinin Əngixaran qəsəbəsindən Şamaxı şəhəri isitqamətində hərəkət edərkən önünə çıxan yük avtomobilini hərəkət etdiyi zolağı dəyişməklə ötüb keçmişdir. Ötmə manevrini yolun qırıq-qırıq nişanlama xətti olan hərəkət hissəsində hayata keçirmişdir. Barəsində İXM-nin 327.2-ci maddəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına dair EQ-29865447 saylı, xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmiş və ona elektron qaydada bildiriş gəlmişdir. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta hadisəsi baş vermədiyindən barəsində tərtib edilən qərar ləğv edilməli, işin icraatına isə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmədə də eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqandan məhkəməyə daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə Küç, Ev.167j ünvanında qeydiyyatda olan X5 idarə etdiyi Kia Sportage minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il saat təxminən 10:21 radələrində Şamaxı şhəri Əngəxaran dairəsində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanun tələblərinə riayət etməmişdir, ona görə də Şamaxı RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis kapitanı X7 tərəfindən sürücü X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən EQ 29865447 nömrəli elektron protokolu tərtib edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin dair EQ-29865447 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə videoya baxış keçirilmiş və qərarda qeyd olunan xəta öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 51.1-ci maddəsinə əsasən 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-məsuliyyəti nəzərdə tutur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir.Həmin qərara əsasən iş materiallarında olan fotoşəkillər və video görüntü də şəxsin inzabati xəta törətməsini sübut edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin EQ-29865447 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5520/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5520/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver