Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5522/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X9 20 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1771/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 49933 manat tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bununla bağlı borclu tərəfindən icra məmurunun tələbləri yerinə yetirilmir. Nəticədə borclu Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1771/2025 saylı, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 49933 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1566/2025 saylı, xx.xx.2025- ci il tarixli icra sənədinə əsasən Şəxs 3050 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-2533/2024 saylı,xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsəsən Şəxs 24447,96 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1567/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1565/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməsi,Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2025 saylı, xx.xx.2025-cı il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs oğlu öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və maddi çətinliyə görə borcu tam şəkildə ödəyə bilməmişdir. Borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəxs tərəfindən onların xeyrinə ödənilməli olan borcun tam şəkildə ödənilməsini tələb etmişlər. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1771/2025 saylı, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 49933 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1566/2025 saylı, xx.xx.2025- ci il tarixli icra sənədinə əsasən Şəxs 3050 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-2533/2024 saylı,xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsəsən Şəxs 24447,96 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi,Yasamal Rayon Məhkəməsinin 2(004)-1571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1567/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməsi,Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2025 saylı, xx.xx.2025-cı il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. qət edilmişdir. İcraata başlama haqqında 03 iyun 2025-ci, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1771/2025 saylı, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 49933 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1566/2025 saylı, xx.xx.2025- ci il tarixli icra sənədinə əsasən Şəxs 3050 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2533/2024 saylı,xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsəsən Şəxs 24447,96 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi,Yasamal Rayon Məhkəməsinin 2(004)-1571/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1567/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməsi,Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2025 saylı, xx.xx.2025-cı il tarixli icra sənədinə əsasən Şəxs 5070 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müxtəlif tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Hazırda borclunun azyaşlı əlil övladı üçün aldığı pensiyanın 70 faizi borcun ödənilməsinə yönəlmiş, borcdan 1000 (bir min) manat məbləğində ödəniş olunmuşdur. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, maddi imkanının zəif olması ilə əlaqədar ödəniş edə bilməmişdir. İcra sənədi bugünədək tam icra olunmur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs borcundan qismən ödəniş etməsini, himayəsində 1 azyaşlı əlil övladının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5522/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5522/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver