Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5542/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi, X6 iclas katibliyi ilə X1 İXM-in 332.3-cü maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 19070058 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 İXM-in 332.3-cü maddəsi ilə barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 19070058 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsi və ona əlavə sənədlərin baxılmadan ona geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, AR İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət ərizəsini araşdırıb, şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinin baxılmadan ona geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 19070058 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən surəti 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5542/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5542/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver