Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5543/2024 15.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 07 oktyabr 2024-cü il tarixli 00100-02733/243 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC xx.xx.2021-ci il tarixli **********4962 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Açıq Səhmdar Cəmiyyəti tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 7 (yeddi) gün sonra xx.xx.2024-cü il tarixdə 3-33-1100/012/022235 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Bununla da Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmış, lakin inzibati iş üzrə icraata iki bəyannaməyə münasibətdə bir inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 20 avqust 2024-cü il tarixli, 3-33-1100/012/022235 nömrəli raportdan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən **********4962 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024cü il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. Yuxarıdakıları nəzərə alaraq müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 oktyabr 2024-cü il tarixli 00100-02733/24 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC xx.xx.2021-ci il tarixli **********4962 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Açıq Səhmdar Cəmiyyəti tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 7 (yeddi) gün sonra xx.xx.2024-cü il tarixdə 3-33-1100/012/022235 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. İnzibati xəta haqqında protokolda olan ASC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda Şəxs ASC-nin nümayəndəsi X1 aparılan işlər ilə əlaqədar **********4962 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin uzadılmasına lüzum yarandığını, həmin malların ümumi 3 il müvəqqəti ixrac müddətinin bitməsindən xəbərlərinin olduğunu, həmin müddətin daha da uzadılması üçün tərəflərindən Nazirlər Kabinetinə müraciət olunduğunu, lakin hələ də cavab alınmadığını, müsbət qərar alandan sonra həmin müddətin uzadılacağına ümid etdiklərini bildirmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-4973/2023 saylı, xx.xx.2023-cü il tarixli Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 6-cı bəndinə əsasən 6.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC xx.xx.2021-ci il tarixli **********4962 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Açıq Səhmdar Cəmiyyəti tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 7 (yeddi) gün sonra xx.xx.2024-cü il tarixdə 3-33-1100/012/022235 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs ASC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5543/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5543/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver