Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5544/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili X4 iştirakı ilə, «Filuet Azərbaycan” MMC-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük darəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “ipək Yolu” gömrük postundan daxil olmuş 34/024/017821 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına X1 Distribution S.A.R.L” şirkətindən 35BK369/35ZA052 nömrə nişanlı yük avtomaşınında gətirilən, ********** saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük idarəsində **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən mallara xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində 1320 ədəd “X9 Drink” göstərildiyi halda keçirilən yoxlama zamanı həmin yükün mövcud olmadığı və gömrük bəyannamasində bəyan edilməmiş üzərində erməni dilində yazılar olan “Herbalife Nutrition(Oat apple drink)” markalı 137 ədəd, “Herbalife Nutrition (Vanilla kokteyl)” markalı 141 ədəd və Herbalife Nutrition(TpabPHon Hanutok)” markalı 1222 ədəd ağ rəngli plastmassadan hazırlanmış qablarda qida əlavələri aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan predmetlərin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 24/005366 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/5947 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda qida əlavələrinin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən -4295 (qırx dörd min iki yüz doxsan beş) AZN müəyyən edilmişdir. Bununla da «Filuet Azərbaycan” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Filuet Azərbaycan” MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 00100-1736/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili X6 bildirmişdir ki, Cəmiyyət 2013-cü ildən "X3 S.A.R.L" / X2 - Niderland Filialı şirkətindən qida əlavələri alır. Növbəti sifariş zamanı ********** №-li, xx.xx.2022-ci il tarixli invoysda (surəti əlavə olunur) əks olunan 6 növdə məhsul sifariş verilmiş, həmin invoysa uyğun olaraq məhsullar **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmişdir. Həmin mallardan biri də gömrük bəyannaməsinin 5-ci mal mövqeyində qeyd olunan, invoys üzrə mal 1 - 1320 ədəd "X9 Drink" adlı mal olmuşdur. "X3 S.A.R.L" şirkəti dünyanın bir çox ölkələrində, o cümlədən Ermənistan Respublikasında yerləşən şirkətlərə qida əlavələri satır. Lakin **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallar göndərilərkən Tbilisidə yerləşən anbarda tranzit zamanı boşaltma və yenidən yükləmə səhvi nəticəsində Cəmiyyətə göndərilən mallara Ermənistan Respublikasında yerləşən şirkətə göndərilməli olan maldan 1 palet, Ermənistan Respublikasında yerləşən şirkətə göndərilən mallara isə Cəmiyyətə göndərilməli olan maldan 1 palet əlavə edilmişdir. Qeyd edilənlər X2 - Niderland Filialı tərəfindən göndərilən 24 oktyabr 2022-ci il tarixli məktubla da təsdiq olunur. Nəticədə "X3 S.A.R.L" şirkəti tərəfindən bəyan edilmiş 1320 ədəd "X9 Drink" adlı məhsul əvəzinə "Herbalife Nutrition (Oat apple drink)" markalı 137 ədəd, "Herbalife Nutrition (Vanilla kokteyl)" markalı 141 ədəd və "Herbalife Nutrition (травяной напиток)" markalı 1222 ədəd mal göndərilmişdir. «Filuet Azərbaycan” MMC barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallaını araşdıraraq hesab edir ki, «Filuet Azərbaycan” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində 1320 ədəd “X9 Drink” göstərildiyi halda keçirilən yoxlama zamanı həmin yükün mövcud olmadığı və gömrük bəyannamasində bəyan edilməmiş üzərində erməni dilində yazılar olan “Herbalife Nutrition(Oat apple drink)” markalı 137 ədəd, “Herbalife Nutrition (Vanilla kokteyl)” markalı 141 ədəd və Herbalife Nutrition(TpabPHon Hanutok)” markalı 1222 ədəd ağ rəngli plastmassadan hazırlanmış qablarda qida əlavələri aşkar edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5947 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda qida əlavələrinin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən -4295 (qırx dörd min iki yüz doxsan beş) AZN müəyyən edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X7 izahatından görünür ki, “Filuet Azərbaycan" MMC-nin 2013-cü ildən qida əlavələrini “X3 S.A.R.L" şirkətindən aldığını, 9 il ərzində ilk dəfədir ki, bu kimi hal yaşandığını, baş verən hadisə barədə göndərən şirkətə məlumat verdiklərini, “X3 S.A.R.L” şirkətinin dünyanın bir çox ölkələrində yerləşən şirkətlərə qida əlavələri satdığını, beləki, Ermənistan Respublikasına da həmin şirkət tərəfindən qida əlavələri göndərildiyini, səhv nəticəsində Şəxs MMC-ə göndərilən malın içərisində Ermənistana göndərilməli olan maldan 1 yer əlavə edildiyini, “Filuet Azərbaycan" MMC-ə gəlməli olan malın isə Ermənistanda yerləşən şirkətə göndərildiyini öyrəndiklərini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına X1 Distribution S.A.R.L” şirkətindən 35BK369/35ZA052 nömrə nişanlı yük avtomaşınında gətirilən, ********** saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük idarəsində **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən mallara xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, **********6119 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 5-ci mal mövqeyində 1320 ədəd “X9 Drink” göstərildiyi halda keçirilən yoxlama zamanı həmin yükün mövcud olmadığı və gömrük bəyannamasində bəyan edilməmiş üzərində erməni dilində yazılar olan “Herbalife Nutrition (Oat apple drink)” markalı 137 ədəd, “Herbalife Nutrition (Vanilla kokteyl)” markalı 141 ədəd və Herbalife Nutrition(TpabPHon Hanutok)” markalı 1222 ədəd ağ rəngli plastmassadan hazırlanmış qablarda qida əlavələri aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan predmetlərin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 24/005366 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/5947 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda qida əlavələrinin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən -4295 (qırx dörd min iki yüz doxsan beş) AZN müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə «Filuet Azərbaycan” MMC-nın nümayəndəsinin əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə «Filuet Azərbaycan” MMC-nın əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, «Filuet Azərbaycan” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Filuet Azərbaycan” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “Herbalife Nutrition (Oat apple drink)” markalı 137 ədəd, “Herbalife Nutrition (Vanilla kokteyl)” markalı 141 ədəd və Herbalife Nutrition(TpabPHon Hanutok)” markalı 1222 ədəd ağ rəngli plastmassadan hazırlanmış qablarda qida əlavələri müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5544/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5544/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver