Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5546/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X6 və onun vəkili X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X18 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Yanında X21nin Bakı şəhər idarəsinin MN nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, mən X13 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2022-xx.xx.2022-ci il tarixələrində müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişəm. Əslində isə işin faktiki halları inzibati tənbeh vermə haqqında qərarda göstərilən kimi deyildir. Belə ki, Oruc İsmayılov ünvan 1 ünvanında “Calipso Pub” adlı kafedə fərdi sahibkar kimi ictimai iaşə obyekti işlədir. Həmin kafedə ortalama 10 işçi fəaliyyət göstərir. Ofısant kimi işləyən şəxslər isə adətən uzun müddət işləmirlər. Lakin kafedə ofisiantlar əksər halda uzun müddət çalışırlar. Çünki işə qəbul etdiyi şəxslərlə rəsmi əmək müqaviləsi bağlayaraq həmin şəxsləri işə cəlb edir. X14 fəaliyyət göstərdiyi ictimai iaşə obyektində may ayının axırlarından fəaliyyət göstərməyə başlamışdır. O, işə ehtiyacı olduğundan günəmuzd işləmək üçün müraciət etmişdir. 2022-ci ilin iyun ayının 25-ə kimi həmin kafedə əmək müqaviləsi olmadan işləmişdir. Lakin xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində X14 ilə digər ofısant X3 arasında mübahisə yaranmış, həmin mübahisə onlar arasında davaya çevirilmişdir. Həmin davadan sonra hər iki ofısant yəni X14 və X3 ictimai iaşə obyektini tərk etmişlər. X2 RPİ 27-ci Polis X1 ona xəsarət yetirdiyini bildirərək şikayət etmişdir. X14 qeyd edilən mübahisədən sonra kafeyə qayıtmamış və həmin tarixdən xx.xx.2022-ci il tarixədək o onu hər hansı işlərin və ya xidmətlərin göstərilməsinə cəlb etməmişdir. Kafedə ofısanta ehtiyacı olduğu üçün əvvəlcə rəsmi əmək müqaviləsi olan X5ma işə qayıtmasını tələb etsə də, o, artıq həmin kafedə çalışmaq istəmədiyini bildirərək işə gəlməkdən imtina etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında X14 ilə whatsap sosial şəbəkəsi ilə əlaqə saxlayaraq ofısanta ehtiyacı olduğunu, işləməyə davam etmək istəyirsə rəsmi əmək müqaviləsi bağlayaraq onu işə götürmək istədiyini bildirmişdir. F.Quluzadə K.Bəyverdiyeva ilə bir yerdə işləmək istəmədiyini bildirdi. O isə ona K.Bəyverdiyevaın işə qayıtmaq istəmədiyini bildirdikdən sonra F.Quluzadə işləməyə razılıq verdi və həmin gün yəni xx.xx.2022-ci il tarixdə kafeyə gələrək şəxsiyyət vəsiqəsini təqdim etdi və onunla rəsmi qaydada əmək müqaviləsi bağlayaraq eyni zamanda həmin müqaviləni sistemə yerləşdirərək xx.xx.2022-ci il tarixdə nahar fasiləsindən sonra işə başladı. Göründüyü kimi, Fidan Quluzadəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək deyil, xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən ofısant kimi iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X4 xx.xx.2022ci il tarixdə kafedə digər ofısant X3 ilə mübahisə edərk dalaşdıqdan sonra kafeni tərk etməsi və xx.xx.2022-ci il tarixədək onu hər hansı iş və ya xidmətlərin gəstərilməsinə cəlb edilməmişdir. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Yanında X21nin Bakı şəhər idarəsi həmin qərarı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin müraciəti əsasında qəbul etmişdir. Həmin müraciətdə Quluzadə Fidan ilə yanaşı X8 da adı qeyd edilmiş, onun 2018-ci ildən etibarən həmin restoranda ofısant kimi işləməsinə baxamayaraq onunla əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlandığı qeyd edilmişdir. Əmək Müfəttişliyi tərəfindən X15 münasibətdə inzibati qaydada məsuliyyətə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarda onun adı qeyd edilməmiş, X14ma münasibətdə isə inzibati qaydada məsuliyyətə cəlb etmə müddətinin keçməsi nəzərə alınmamışdır. Yəni səlahiyyətli orqan inzaibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra mənim barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbu ki, səlahiyyətli orqan məni xx.xx.2022-ci il tarixədək inzibati məsuliyyətə cəlb edə bilərdi çünki mən X7 xx.xx.2022-ci il tarixdən sonra əmək müqaviləsi olmadan hər hansı iş və xidmətlərin göstərilməsinə cəlb etməmişəm, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X21 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı həmin idarənin xx.xx.2022-ci il tarixli **********8 nömərli məktubu ilə göndərilmiş və həmin məktub və qərar xx.xx.2022- ci il tarixdə rəsmi olaraq ona təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, O.İsmayılov 28 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən şikayətçi X18 ərizənin mahiyyətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən O.İsmayılovun vəkili X23 çıxışinda bildirdi ki, İXMnin 38.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh yalnız 3 ay müddətindəmverilə bilər. Məhz buna görə də,hesab edir ki, bu iş üzrə Əmək Müfəttişliyinin qəbul etdiyi qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X24 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, MN1292664 saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X19 izahatında bildirdi ki, o həmin kafedə 2022-ci ilin may ayından işləyirdi. Orda sınaq müddətinə ofisiant kimi müqaviləsiz işləyirdi. 25 iyun 2022-ci il tarixdə kafedə işləyən Könül xanımla aralarında mübahisə yaranmışdır. Kafeni işlədən Oruc İsmayılov aralarında olan davaya görə hər ikisini işdən qovmuşdur. Sonradan Könül onun barəsində polisə də şikayət etmişdir.Lakin 29 iyun 2022-ci ildən etibarən Oruc bəyin təklifini qəbul edərək həmin kafedə rəsmi müqavilə bağlayaraq ofisiant kimi işləməyə başlamışdır. Suala cavab olaraq əlavə qeyd etmişdir ki, 25-29 iyun arasında yaşadığı evdə olmuşdur. Məhkəmə iclasında iştirak edən X20 bildirmişdir ki, “Calypso” kafesində 2018-ci ildən işləyir. 2020-ci ildən etibarən onunla əmək müaqviləsi bağlanılmışdır. 25 iyun 2022-ci ildə axşam saatlarında həmin kafedə işləyən Fidan və Könül arasında dava düşmüşdür. Kafeni işlədən Oruc bəy hər ikisinə əsəbləşərək işdən qovmuşdur. Sonradan kafedə ofisiantlara ehtiyac olduğuna görə Fidanı 29 iyun 2022-ci il tarixdə günorta saatlarında ora dəvət edərək ona iş təklif etdi, o da bununla razılaşaraq xx.xx.2022-ci il tarixdən işləməyə başladı. 25-29 iyun tarixlərində Fidanı kafedə görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18, vətəndaş X9 xx.xx.2022-ci il tarixdən ayından xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb etmişdir. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X18 tərəfindən vətəndaş X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb edilmiş, bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən X10 istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə prosesində X10 istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X18 isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X10 istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan 3 aydan artıq vaxt keçdikdən sonra, yəni İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməliydi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları,gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X6 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5546/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5546/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver