Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5562/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" QSC-nin direktoru X3 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" QSC-nin direktoru X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərardan "xxxx" QSC-nin direktoru X3 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, "AZLİFT PRO” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra, "Şirkət”) qanuni təmsilçisi X3 (bundan sonra, "Bayramov Elçin”) mobil nömrəsinə "SMS” vasitəsi ilə 27 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, 3 000 AZN məbləğində barəsində cərimə tətbiq edildiyi bildirilmiş və protokolun nömrəsi, tarixi qeyd edilmişdir (MN 2121474, 13 avqust 2024-cü il). Bununla bağlı X12 Məcəlləsinin 129.1.5-ci maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət məktubu ünvanlamışdır. Şikayətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti ("Xidmət") tərəfindən formal baxılaraq təmin olunmayaraq 26 sentyabr 2024-cü il tarixli, 3- 17-5/1-44313/2024 saylı qərar ("Qərar”) qəbul edilmişdir (Qeyd: məktub 08 oktyabr 2024cü il tarixində rəsmi olaraq təqdim edilmişdir). İnzibati tənbeh tətbiq etmə haqqında qərardan yuxarı səlahiyyətli orqana şikayət ünvanlansa da, şikayətlə bağlı qərarı yuxarı səlahiyyətli orqan deyil, elə inzibati tənbehi tətbiq edən qurum - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, cərimənin tətbiq edilməsi tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: 1. Cərimə tətbiq olunan zaman prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Bayramov Elçin barəsində inzibati tənbeh tətbiq edilsə də, bununla bağlı nə ona rəsmi qaydada protokol, nə də qərar təqdim edilmiş, o cümlədən, izahatı belə alınmamışdır. Bayramov Elçin sadəcə ona gələn "SMS” vasitəsi ilə 27 avqust 2024-cü il tarixində barəsində inzibati tənbehin tətbiq edildiyini öyrənmişdir. Şikayətlə bağlı Qərar qəbul olunduqdan sonra belə hələ də tənbeh tətbiqi haqqında qərar təqdim edilməyib. Həmin Qərarında sadəcə 26 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara istinad olunmuşdur sadəcə. 2. İnzibati tənbeh tətbiq edilərkən obyektiv araşdırma aparılmamışdır. Hazırki inzibati xəta ilə bağlı ətraflı məlumat Şirkət barəsində də inzibati tənbehin tətbiq edilməsinə dair 3(005)-2570/2024 saylı məhkəmə işinə əlavə olunmuş materiallar vasitəsi ilə əldə edilmişdir. Həmin materiallarda X10 Xidməti tərəfindən tərtib edilmiş protokolda Xidmət belə “əsaslandırmışdır” ki, Şirkət tərəfindən X4 əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilib. İstinad edilən "fakt" isə odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olan məlumatlar əsasında müəyyən edilmişdir ki, Şirkət işğaldan azad edilmiş ərazilərə X4 üçün iş icazəsi alınsa da, "Əmək və məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Xidmət X1 Şirkət tərəfindən hansı əməyə və hansı həcmdə, o cümlədən, hansı formada cəlb edilməsinə dair hər hansı dəlil təqdim etməmiş, sadəcə qeyd etdikləri "fakt”a istinad etmişdir. Onu da qeyd etmək yerinə düşər ki, məhz bu hallara görə də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 20 avqust 2024-cü il tarixli qərardadı ilə "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmasını qərara almışdır (qərardad əlavə olunur). Məhkəmə özü də hazırkı materiallara münasibət bildirərək qeyd etmişdir ki, "İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMJ 100-cü maddəsində protokolda göstərilməli olan məlumatlar qeyd edilsə də təqdim edilən protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Eyni zamanda İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, məhkəməyə təqdim edilən protokolda qeyd olunan qanunvericiliyin tələbləri öz əksini tapmamışdır. Həmçinin təqdim edilmiş protokola inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır...X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallan, inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxsin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır..." Göründüyü kimi, Xidmət istinad etdiyi "inzibati xəta" halını qeyriobyektiv araşdıraraq hər hansı mötəbər sübut təqdim etməmiş və prosessual qanunvericiliyin tələblərinə hər iki iş üzrə riayət etməmişdir. Beləliklə, MN ******* saylı 13 avqust 2024-cü il tarixli protokolu üzrə tətbiq edilən cərimənin hüquqi əsası da məhz 3(005)-2570/2024 saylı məhkəmə işindəki ilə eynidir, hazırda Bayramov Elçin barəsində tətbiq edilmiş inzibati tənbeh ləğv edilməlidir. Məhkəmə iclası zamanı şikayət vermiş "xxxx" QSC-nin direktoru X3 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. (məhkəmə iclasının tarixi bununla bağlı dəfələrlə təxirə salınmışdır). Buna görə də məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-2570/2024 saylı qərardadından görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" QSC barəsində “Qarabağ və X13 rayonuna giriş” informasiya sistemindən əldə edilməş məlumatlar əsasında tərtib olunmuş inzibati xəta haqqında protokol natamam tərtib olunduğu üçün səlahiyyətli orqana geri qaytarılmışdır. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” 26 sentyabr 2024-cü il tarixli 3-17-5/1-44313/2024 saylı qərarından görünür ki, X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında Qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin nümayəndəsini və qərarından şikayət verilmiş orqanı dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" QSC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan inzibati qaydada orqana şikayət ünvanlanmış və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” 26 sentyabr 2024-cü il tarixli 3-17-5/1-44313/2024 saylı qərarı ilə X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında Qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında qərar qəbul edilmiş, vətəndaş X2 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla "xxxx" QSC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X10 Xidməti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" QSC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" QSC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-2570/2024 saylı qərardadından görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" QSC barəsində “Qarabağ və X13 rayonuna giriş” informasiya sistemindən əldə edilməş məlumatlar əsasında tərtib olunmuş inzibati xəta haqqında protokol natamam tərtib olunduğu üçün səlahiyyətli orqana geri qaytarılması qərara alınmışdır. Belə ki, eyni inzibati pozuntuya görə həm hüquqi şəxs, həm də vəzifəli şəxs məsuliyyət daşıya bilər. Buna görə də, Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarının hüquqi şəxsə qarşı verilməsi və hal-hazırda MN ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarın vəzifəli şəxslə bağlı qəbul edilməsi qanun çərçivəsində müstəqil şəkildə mümkündür. Hüquqi şəxsin məsuliyyəti təşkilatın fəaliyyətindən doğan pozuntulardır, vəzifəli şəxsin isə öz hərəkətləri və qərarlarına görə cavabdehdir. Baxmayaraq ki, hər iki iş eyni inzibati pozuntu ilə əlaqədardır, hüquqi şəxs və vəzifəli şəxs fərqli hüquqi statuslara malikdirlər və buna görə də fərqli qərarlarla məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5562/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5562/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver