Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5565/2024 15.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 15 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük daxil olmuş 3-33-1100/029/026840 saylı, xx.xx.2024-cü il tarixli raporta əsasən iran islam Respublikasından “D.F.Kompani’’ MMC-nin ünvanına 91AE605/91AE606 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********2431 sorğu nömrəli GB ilə bəyan olunan yükə keçirilmiş baxış zamanı, 1-ci mal mövqeyində 590 ver 11800 kq farel balığı, 2-ci mal mövqeyində 20 ver 3500 kq belamur, 208 ver 3500 kq xanı balığı bəyan olunduğu halda, gömrük orqanına bəyan olunmayan 76 ver 1003 kq 200 q dəniz məhsulu olan krevetka yükü aşkar edilərək AA1041157 seriya və nömrəli stikerlə təminat altına alınmışdır. Azərbaycan Respublikasının vətəndaşı “D.F.Kompani’’ MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri isin halları ilə uyğun olubolmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı “D.F.Kompani" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 76 ver 1003 kq 200 q dəniz məhsulu olan krevetka yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-005950/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Bas Gömrük idarəsinə daxil olmuş xx.xx.2024- cü il tarixli 169 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 76 ver 1003 kq 200 q dəniz məhsulu olan krevetka yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 20064(iyirmi min altmış dörd) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malın ümumilikdə orta bazar qiyməti 20064 (iyirmi min altmış dörd) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən “X6 Tandıs” şirkəti tərəfindən müxtəlif növ soyudulmuş balıqlar göndərilmişdir. Nəqliyyat vasitəsi sərhəd keçid məntəqəsində yoxlanılarkən orada sifarişdə göstərilənlərdən əlavə krevatka yükünün olduğu müəyyən edilmişdir. Bu barədə ixracatçı “X6 Tandıs” şirkətinə məlumat verilmişdir. Tosun Şuayıp verilən məlumata görə həmin mallar Rusiya Federasiyasına göndərilməli olmuş fəhlələr tərəfindən yanlışlığa yol verilərək onların nəqliyyat vasitəsinə yüklənmişdir. Cəmiyyətin həmin krevatka yükünün ölkəyə idxal edilməsi barədə əvvəldən hər hansı bir məlumatları olmamışdır. Yekun olaraq göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ’’D.F.KOMPANİ” MMC-nin ünvanına İran İslam Respublikasından 91AE605/91AE606 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikasına daxil olmuş Bakı Baş Gömrük İdarəsində **********2431 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə gömrük baxışı keçirilən zaman 1-ci mal mövqeyində 590 yer 11800 kq farel balığı, 2-ci mal mövqeyində 200 yer 3500 kq belamur, 208 yer 3500 kq xanı balığı bəyan olunduğu halda, gömrük orqanına bəyan olunmayan 76 yer 1003 kq 200q dəniz məhsulu olan krevetka aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **********2431 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə firmanın anbarında baxış keçirilən zaman 02 adda 998 yer sayı, ümumi 20200 kq farel balığı, belamur balığı və xanı balığı bəyan olunduğu halda, yük nəqliyyat vasitəsinin yük yerindən 76 yer 1003 kq 200 qram olan dəniz məhsulu krevatka aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli **********2431 nömrəli gömrük bəyannaməsindən görünür ki, “X6 Tandıs” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına farel balığı, belamur balığı və xanı balığı göndərilmişdir. xx.xx.2024-cü il tarixli “packing list”-dən görünür ki, “X6 Tandıs” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 10000 kq təmizlənmiş farel, 3500 kq təmizlənməmiş belamor və 3500 kq təmizlənməmiş xanı göndərilmişdir. xx.xx.2024-cü il tarixli invoysdan görünür ki, “X6 Tandıs” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına bir kiloqramının qiyməti 4 ABŞ dolları olan, 10000 kq təmizlənmiş farel, bir kiloqramının qiyməti 2 ABŞ dolları olan, 3500 kq təmizlənməmiş belamor və bir kiloqramının qiyməti 2 ABŞ dolları olan, 3500 kq təmizlənməmiş xanı balığı olmaqla ümumilikdə 54000 ABŞ dolları dəyərində balıq yükü göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 11 oktyabr 2024-cü il tarixli 169 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə 1 kq krevetka yükünün orta bazar dəyəri – 20 (iyirmi) manat olmaqla 1003 kq 200 qram krevetka yükünün cəmi orta bazar dəyəri – 20064 (iyirmi min altmış dörd) manat müəyyən edilmişdir. “X6 Tandıs” şirkəti tərəfindən verilmiş məktublardan görünür ki, araşdırma nəticəsində fəhlələrin Rusiya Federasiyasına göndərilməli olan bir ton krivetka yükünün səhvən 91AE605/91AE606 markalı maşına yükləndiyi müəyyən edilmişdir. Səhvən göndərilən bir ton krivetkanın sənədləşdirib dəyərinin ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bilməyərəkdən düzgün bəyan edilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC ilə “X6 Tandıs” arasında bağlanmış müqaviləyə əsasən 10000 kq təmizlənmiş farel, 3500 kq təmizlənməmiş belamor və 3500 kq təmizlənməmiş xanı balıqları ölkəyə idxal edilməli olmuşdur. Bununla bağlı cəmiyyət ilə şirkət arasında müqavilə imzalanmış və “X6 Tandıs” tərəfindən bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli invoys tərtib edilərək göndərilmişdir. Həmin invoys əsasında Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********2431 nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus anbarda gömrük yoxlanışı həyata keçirilərkən gömrük bəyannamələrində qeyd olunanlardan artıq 1003 kq 200 qram krevetka yükünün olduğu müəyyən edilmişdir. “X6 Tandıs” şirkəti tərəfindən verilmiş məktubdan görünür ki, araşdırma nəticəsində fəhlələrin Rusiya Federasiyasına göndərilməli olan bir ton krivetka yükünün səhvən 91AE605/91AE606 markalı maşına yükləndiyi müəyyən edilmişdir. Səhvən göndərilən bir ton krivetkanın sənədləşdirib dəyərinin ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 15 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15 oktyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5565/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5565/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver