Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5573/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş materialı araşdıraraq hesab edir ki, Şəxs barəsində onun Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə tərtib olunmuş 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar düzgün tərtib edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, naməlum şəxs xx.xx.2024-cü il tarixdə naməlum şəraitdə vətəndaş X1 məxsus 500 manat dəyərində olan “İphone 13 Pro Max” markalı mobil telefonu gizli yolla talayaraq oğurlamışdır. Mobil telefonda oğurluq hadisəsi baş verdikdən sonra hansı mobil nömrələrin işləməsi və həmin mobil nömrə sahiblərinə dair anket məlumatlarının əldə olunması üçün mobil operatorlara sorğular göndərilmiş, lakin təhqiqat müddəti ərzində sorğulara cavab alınması mümkün olmamışdır. Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin qeyd hissəsinə görə Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı lakin 5000 manatdan artıq olmayan məbləğdə maddi ziyan vurduğu hallarda yaranır. Toplanmış materialda qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq, yəni, Azərbaycan Respublikası CMnin 177.1 -ci maddəsinin tərkib əlamətlərini yaratmır. Göstərilənlər nəzərə alınaraq əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməlidir. Lakin həmin telefonun dəyərinin 500 manat məbləğində hesablanması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki iş üzrə Şəxs əməlində cinayət tərkibinin olub-olmaması müəyyən edilməlidir. Həmin əməlləri araşdırıb onlara qiymət vermək isə müvafiq səlahiyyətli orqanın vəzifələrinə aid olduğundan məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tam araşdırma aparılmamış və kifayət qədər sübut toplanılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilməsi aşkar olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən mövcud natamamlıqları tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5573/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5573/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver