Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5575/2024 21.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X5, Zərərçəkmiş şəxs və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs 18 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında olan avtomobillərə maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 21 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirdi. İnzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizə ilə müraciət etmiş Zərərçəkmiş şəxs yazılı ərizəsində göstərmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş onunla barışmışdır. Hal-hazırda bu işlə bağlı şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizə ilə müraciət etmiş zərərçəkmiş şəxs X4 yazılı ərizəsində göstərmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş onunla barışmışdır. Halhazırda bu işlə bağlı şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şirvan əhəri, Xanlar küçəsi ev 5A-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində günlük evdə kirayədə yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrijndə “Qismət” şadlıq evindən spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə çıxaraq şadlıq evininn yanındakı, ünvan 3 ünvanında yerləşən avtotəmir sexinin həyətinə daxil olaraq orada olan “Mersedes Sprinter” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik örtüyünü əzmiş, şüşəsilənləri sındırmış, “Mersedes Vito” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsi, “Mersedes Vito” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsi, eləcədə “Mersedes Sprinter” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini sındıraraq avtomobilləri təmirə qəbul etmiş avtomobil təmiri ustası olan cavabdeh şəxs Zərərçəkmiş şəxs 900 manat, eləcədə avtomobili təmirə qəbul etmiş avtomobil təmiri ustası olan cavabdeh şəxs X2 300 manat olmaqla ümumilikdə özgənin əmlakına 1200 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, 177-182-ci, 185-187-ci və 189-1 -ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi baş vermiş hadisə nəticəsində avtomobillərə dəymiş ziyan az miqdarda olduğundan əməldə cinayət tərkibi yoxdur, ona görə də material üzrə cinayət işinin başlanması rədd edilməli, ziyan az miqdarda olduğundan əməli törətmiş şəxsi Şəxs Azəraycan Respublikası İXM-nin 232-1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunmalıdır. İXM-in: 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1 və 53.1.10-cu maddələrinə əsasən İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5575/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5575/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver