Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5604/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 onun barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 24860791 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Bakı-Qazax yolu 262.2ci Qazax istiqamətidir. Həmin ərazi Ağdaş rayonu ərazisi hesab edilir. Həmçinin, şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir. Belə olduğu təqdirdə şikayətə inzibati xətanın törədildiyi yer üzrə Ağdaş Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Həmin qərarda müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, inzibati xətanın törədildiyi yer Ağdaş rayonu ərazisi hesab edildiyindən və yaşadığı yer üzrə şikayətə baxılmasına dair X2 vəsatəti olmadığıdan, həmin şikayət dair iş aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət dair iş aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5604/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5604/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver