Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5623/2025 27.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, X1 iştirakı ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞ-nin EQ 29503718 saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, xx.xx.2025 ci il tarixində Sumqayıt şəhəri S.Vurğun küçəsində ona məxsus olan **-SK-*** DQN avtomobilin düzgün parkalnmaması ilə bağlı İXM-nin 346.2 maddəsi ilə əsassız cərimə protokolu yazılmışdır.Belə ki avtomobili saxladığı yer avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuşdur, park edilmiş yerdən 100 m geridə ödənişsiz parklanma işarəsi yerləşdirilmişdir.Park edilmiş yolda 346.2 maddəsində nəzərdə tutulan 5.12 və 5.13 yol nişanlarının və hər hansı dayanacaq köşkü olmadıği əksinə ödənişli dayanacaq yol nişanının olduğu yerdə DYP-nin əməkdaşları qarşısında park edilmiş avtomobilin altında BUS yazısı olduğunu əsas gətirərək ona cərimə yazmışlar.Belə ki, o, qeyd edilən yerdə maşın saxlayarkən onun qarşısında digər avtomobil park etmişdi.Günün qaranlıq vaxtı olduğunu və qarşıdakı avtomobilin yerdəki BUS yazısını və Ziq-Zaq işarəsinin üstünü örtdüyünü nəzərə alsaq cərimədə qeyd edilən işarələrin görülməsi mümkünsüzdür. Məsələ ilə bağlı xx.xx.2025 tarixində DİN-nin BDYPİ-ə elektron qaydada şikayət edilmişdir.xx.xx.2025 tarixində DİN-nin BDYPİ-i tərəfindən şikayətin araşdırılması və vətəndaşa məlumat verilməsi barəsində Sumqayıt ŞPİ-nin rəisinə məktub ünvanlanmışdır.Lakin yazılmış cərimə onun etiraz məktubuna, DİN-nin BDYPİ-nin məsələni aydınlaşdırmaq məktubuna baxılmadan polis əməkdaşları tərəfindən yazıldığı gündən qüvvəyə mindirilmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli EQ 29503718 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayətçi məhkəmədə də eyni məzmunlu izahat verdi və bildirdi ki, o, həmin ərazidə yerləşən xəstəxanaya daxil olarkən darvazanın qarşısında piyadaların keçməsini gözlədiyinə görə dayanmışdır, ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 52.6-cı maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən iş materiallarında olan fotoşəkillərdən də müəyyən edilir. Görüntüdən görünür ki, onun nəqdliyyat vasitəsi BUS yazılan işarənin üzərində dayanmışdır. Sürücünün işarəni görməməsi qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs izahatında dediyi kimi, piyadaların keçməsini gözləməklə nəqliyyat vasitəsinin idarə olunan vəziyyətdə protokol tərtib edilməsini bildirsə də məhkəmədə həm də təqdim edilmiş diskə baxarkən müəyyən edilmişdir ki, Q.Allahverdiyev dayanma qaydalarını Bakı şəhəri Moskva prospekti, 69 a ünvanında pozmuş, ona görə də barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞ-nin EQ 29503718 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22- 76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3 (004) –1281/2020 25 sentyabr 2020-ci il Şikayətçi: X6 Ünvan: Bakı şəhəri, Yasamal r, Şərifzadə küçəsi 4 mənzil 2 Qərarından şikayət verilən səlahiyyətli orqan: Sumqayıt şəhər Baş Dövlət Yol Polisi İdarəsi Ünvan: Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4 İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılmasının nəticəsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)– 1281/2020 saylı Qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar hər bir ünvana Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov İş № 3(004) – 1281/ 2020 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «25» sentyabr 2020-ci il Bakı şəhərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞ-nin EQ ******* saylı 07 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 16:15-də başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki tərəflər məhkmə iclasına gəlməmişlər. Sədrlik edən iş materiallarını araşdırır. Sədrlik edən mşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 16:28-də bağlı elan olunur. Protokol 25 sentyabr 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi :
Məhkəmə qərarları › İş №3(004)-5623/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5623/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver