Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5624/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi ilə 21 may 2025-ci il tarixində nəqliyyat vasitəsi ilə hərəkət edən zaman maşının göstəricisində (monitorunda) nasazlıq yarandığı üçün “təhlükə” siqnalı çıxdı. Ona görə Şərifzadə küçəsindən (Yasamal rayon ATS-nin yanından) sağa Akim Abbasov küçəsinə dönərək məhləarası (avtobus və digər ictimai və operativ nəqliyyat vasitələrinin keçmədiyi) yola dönmüşdür ki, orda yol kənarında yerləşən avtotəmir obyektlərinə yaxınlaşmışdır. Buna görə də maşını məcburi saxlayaraq qəza işıqlarını yandırmışdır. Təmir obyektinin içində maşın olduğu üçün yolun kənarında maşında oturmaqla gözləməli olmuşdur. Bir neçə dəqiqədən sonra maşını daha da kənara çəkmişdir. Bu zaman SMS vasitəsilə haqqında İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə - “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” EQ 28078881 saylı protokol əsasında qərar qəbul edilməsi bildirişi gəldi. Həmin qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28078881 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, haqqında cəza təyin edilməsi üçün göstərilmiş xətanı törətməmişdir. Nəqliyyat vasitəsini həmin tarixdə Yasamal rayonu, X7 küçəsində saxlamamışdır. Nəqliyyat vasitəsini saxladığı Yasamal rayonu, Akim Abbasov küçəsində də İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş hal yoxdur. Məhkəmə də 3(004)- 3723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətini qismən təmin edərək İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi EQ 28078881 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında işə Baş Dövlət Yol Polisi İdarəsində yenidən baxılması haqqında qərar qəbul etdi. Həmin qərar məhkəmə qaydasında ləğv edilsə də, xx.xx.2025-ci il tarixində e-polis sistemi vasitəsilə dəbbə pulu hesablanması barədə bildiriş gəldi. O da məhkəmənin həmin qərarını Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə təqdim etmişdir. xx.xx.2025-ci il tarixində e-polis sistemi vasitəsilə ona EQ28078881 nömrəli protokolun xitam edilməsi və yenidən EQ/28078881 nömrəli protokol tərtib edilməsi barədə bildiriş gəldi. O da 29 iyul 2025-ci il tarixində Yasamal Rayon Yol Polis Şöbəsindən həmin qərarı almışdır. Daha sonra xx.xx.2025-ci il tarixində DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-125795 nömrəli qərarı poçt vasitəsilə ona verildi. Halhazırda e-polis elektron sistemində xx.xx.2025-ci il tarixli, EQ/28078881 nömrəli qərarın qüvvədə olduğu görünür. Yasamal Rayon Yol Polis Şöbəsindən aldığı və e-polis elektron sistemində olan qərarın çıxarılma tarixi xx.xx.2025-ci il göstərilsə də, poçt vasitəsilə daxil olmuş qərarın qəbul edilmə tarixi xx.xx.2025-ci il göstərilir. Poçt vasitəsilə daxil olmuş qərarın ləğv edilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə 3(004)-5231/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla “inzibati tənbehin verilməsi haqqında qərardan şikayətin verilməsi üçün prosesual müddətin ötürüldüyünü”, “şikayətçinin qərarı nə zaman alması ilə bağlı hər hansı sənəd (qəbz, xəbərnamə, zərf və s.) əlavə etmədiyini qeyd edib. Məhkəmə bütün bunları da İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə istinadan edib. Hesab edir ki, Yasamal Rayon Məhkəməsinin (hakim Mirsadiq Seyidov) qərardadı əsassız və qanunsuzdur. Məhkəmə prosessual müddətin ötürülməsi ilə bağlı düzgün tövsif etməyib. İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş “yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə” haqqında haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər" normasına istinad etməli olduğu halda, 130.1-ci maddəyə istinad edərək qərardan şikayət vermə müddətini 10 (on) gün nəzərdə tutub. Məhkəmənin “şikayətçinin qərarı nə zaman alması ilə bağlı hər hansı sənəd (qəbz, xəbərnamə, zərf və s.) əlavə etmədiyini qeydi də əsassızdır. Çünki, DİN Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi (halbuki elektron qərar xx.xx.2025-ci il tarxində qəbul edilib) xx.xx.2025-ci il tarixli qərardan prosesual müddət ötürülmədən xx.xx.2025-ci il tarixində (20-ci gün) verilib. Yəni həmin qərarın poçt vasitəsilə ona təqdim edildiyi 04 avqust tarixini deyil, qəbul edilən 21 iyul tarixini nəzərə aldıqda - 10 avqust tarixlərinədək müddət 20 gün edir. DİN Baş Dövlət Yol Polis İdarəsi də xx.xx.2025-ci il tarixli, 16/1-125795 saylı Qərarla “araşdırma” apardığını bildirərək İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən qəbul etdikləri EQ 28078881 saylı qərarın qəbul edilməsi zamanı pozuntu halı müəyyən edilmədiyini bildirərək haqqında yenə eyni mahiyyətli (səksən manat məbləğində) inzibati cərimə növündə tənbeh tədbiq edilməsi qənaətinə gəlib. Hal-hazırda da eyni “hala” görə fərqli tarixlərdə və fərqli nömrə ilə qəbul edilmiş iki inzibati tənbeh (cərimə) təyin etmə haqqında qərar var. DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın harda törədilməsi (ünvanı) belə göstərməyib. Halbuki, elektron qərarda inzibati xətanın törədildiyi yer Yasamal rayonu, X7 küçəsi göstərilsə də, təqdim etdikləri fotoda və xəritədə həmin yer Yasamal rayonu, Akim Abbasov küçəsi qeyd edilir. Yasamal Rayon Məhkəməsi də belə ziddiyətli məqamların haqqında inzibati tənbeh tədbiq edilmiş şəxsin xeyrinə qiymətləndirildiyi əsasına görə əvvəlki qərarı ləğv edərək, ziddiyətli məqamın aradan qaldırılması üçün yenidən araşdırılmanın aparılmasını qeyd etmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti (100.1.4.) DİN Baş Dövlət Yol Polis İdarəsinin qərarı qanunsuz və əsassızdır, eyni zamanda Yasamal Rayon Məhkəməsinin 3(004)-3723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında ləğv etmənin əsası kimi göstərilmiş hallar nəzərə alınmamış, “yenidən araşdırılaraq qərar qəbul edilsin” göstərişinə əməl edilməmişdir. Ona görə hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 28078881 saylı qərarı ləğv edilməlidir. X8 Qanunun 1-ci maddəsinin 30-cu bəndinə əsasən - məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Təyin edilmiş cəzanı müəyyən edən İXM-nın 346.4-cü maddəsində göstərilir ki, cəza “digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” təyin edilir. X8 Qanunun 1-ci maddəsinin 7-ci bəndinə görə yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün ayrıca zolaq vasitəsilə dürüst müəyyən edilən hissəsidir. İnzibati cəzanı təyin edən qurumun təqdim etdiyi şəkillərdən görünür ki, yol dürüst şəkildə ayrıca zolaqlara bölünməyib. Eyni zamanda, maşının dayandığı hissə 2 və ya sonrakı zolaq da deyil. Eyni zamanda, elə həmin şəkillərdən də görünür ki, ətrafda dayanan nəqliyyat vasitələri yola aidiyyatı olmayan hissədə dayanıblar. Yəni həmin parklama yeri rəsmi qurumlar tərəfindən ayrılmış yolun 1-ci hissəsi deyil. Hətta yolun kənar hissəsində qoyulmuş zibil qabıları dayanan maşınlardan daha çox yola yaxındır. Həmçinin, qanunverici bu normanı ona görə qəbul edib ki, nəqliyyat vasitələri yollarda saxlanılmaqla digər nəqliyyat vasitələrinin normal axışına mane olmasın. İnzibati xətanı qəbul edən qurumun təqdim etdiyi şəkillərdən də görünür ki, ümumiyyətlə yolda hərəkət edən başqa nəqliyyat vasitəsi yoxdur və hadisə yerində parklanmış nəqliyyat vasitələri piyada keçidinə çox yaxın məsafədə saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən - İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pleniumun 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən - qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin] qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə - barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda göstərilən hallara və normalara görə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən eyni hala görə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-125795 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/28078881 nömrəli qərarların ləğv edilməsi haqqında akt qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edərək, məhkəməyə qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən əlavə sübutların təqdim edilməsini, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X6 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində saat 15:31-də Yasamal rayonu, A.M.Şərifzadə ünvanında “Hyundaı Sonata minik” markalı, 99SC502 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-3723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X2 barəsində İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi EQ 28078881 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında işə Baş Dövlət Yol Polisi İdarəsində yenidən baxılması qərara alınmışdır. 21 iyul 2025-ci il tarixli, № 16/1-125795 inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X6 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik-leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixində saat 15:31-də Yasamal rayonu, A.M.Şərifzadə ünvanında “Hyundaı Sonata minik” markalı, 99SC502 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə edilmişdir. X6 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi ilə 21 may 2025-ci il tarixində nəqliyyat vasitəsi ilə hərəkət edən zaman maşının göstəricisində (monitorunda) nasazlıq yarandığı üçün “təhlükə” siqnalı çıxmış, ona görə Şərifzadə küçəsindən (Yasamal rayon ATS-nin yanından) sağa Akim Abbasov küçəsinə dönərək məhləarası (avtobus və digər ictimai və operativ nəqliyyat vasitələrinin keçmədiyi) yola dönmüşdür ki, orada yol kənarında yerləşən avtotəmir obyektlərinə yaxınlaşmış, buna görə də maşını məcburi saxlayaraq qəza işıqlarını yandırmışdır. Təmir obyektinin içində maşın olduğu üçün yolun kənarında maşında oturmaqla gözləməli olmuşdur. Bir neçə dəqiqədən sonra maşını daha da kənara çəkmişdir. Bu zaman SMS vasitəsilə haqqında İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə - “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” EQ 28078881 saylı protokol əsasında qərar qəbul edilməsi bildirişi gəlmişdir. O, haqqında cəza təyin edilməsi üçün göstərilmiş xətanı törətməmişdir. Nəqliyyat vasitəsini həmin tarixdə Yasamal rayonu, X7 küçəsində saxlamamışdır. Nəqliyyat vasitəsini saxladığı Yasamal rayonu, Akim Abbasov küçəsində də İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş hal yoxdur. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.4-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5624/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3(004)-5624/2025 saylı məktubları ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – 80 manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə də şəxsin təqsirli olmasını sübut edə biləcək (video-görüntü, foto və s.) heç bir sübut təqdim edə bilməmiş və həmçinin iş materiallarında olan sübutlarla da X6 tərəfindən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması sübut olunmamış, həmçinin Bakı şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)- 3723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan yenidən səlahiyyətli orqan tərəfindən eyni məzmunlu qərar qəbul edilmişdir ki, göstərilən bu kimi hallar inzibati xətanın X6 tərəfindən baş verməsini şübhə altına almış, bundan əlavə X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025-ci il tarixli qərar ləğv edilməli və X2 əməlində AR İXMnin 346.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 28078881 nömrəli protokol əsasında qəbul edilmiş 28 iyul 2025ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5624/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5624/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver