Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5629/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştiraki ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş X1 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP seriyali, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, “Khazar SD” minik markalı, 90AZ876 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi çoxavazlı səs siqnalı ilə təchiz etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron məhkəmə informasiya sistemi vasitəsilə inzibati orqanın məhkəmələrdə nümayəndəsinin mobil telefon nömrəsinə göndərilmiş SMS xəbərdarlığın surətindən və SS877939635AZ seriyalı poçt göndərişlərinin izlənməsi ilə bağlı çıxarışdan görünür ki, protokol tərtib etmiş orqanın nümayəndəsi qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə eedilməklə məhkəmə iclaslarına dəvət edilmişdir, lakin onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Ona görə də məhkəmə işə Bakı şəhər Baş X1i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, idarə etdiyi avtomobilin üzərində avtomobilin əvvəlki sahibi tərəfindən quraşdırılmış çoxavazlı səs siqnalının yalnız bir hissəsi yəni trubkası olmuşdur, siqnalın işə salınması üçün istifadə olunan motor hissəsi isə avtomobilin üzərində olmamışdır. Polis əməkdaşları avtomobilə baxış keçirən zaman yalnız siqnalın korpus hissəsini aşkar etmiş və onun etirazlarına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Buna görə də barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyali, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, avtomobilində aşkar olunduğu iddia olunan siqnalın həm motor həm də trubka hisəsi onun yaninda və iştirakı ilə sökülməmişdir, iş materialına əlavə edilmiş fotoşəkildə əks olunan siqnalın motor hissələri onun avtomobilində olmamışdır, əgər belə bir hal olsa idi polis əməkdaşları bu prosesi video lentə alıb iş materialına əlavə edərdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni iş materiallarında inzibati xətanın baş verməsini təsdiq edən tutarlı subutların olmaması ilə əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə görə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən maddənin dispozitiv şərtlərindən görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın baş verməsi üçün mütləq səkildə müvafiq icazə olmadan avtomobil xüsusi (çoxavazlı) səs siqnalı ilə (siqnal tam şəkildə quraşdırılmaqla) təchiz edilməlidir. İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi “Khazar SD” minik markalı, 90AZ876 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində səs siqnalının motor hissəsi olmamışdır və yalnız çoxavazlı səsin çıxarılması rolunu oynayan digər bir hissəsi – “trubkası” mövcud olmaqla quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, siqnalın tam şəkildə deyil müəyyən bir hissəsinin (siqnalı hərəkətə gətirən və istifadəsini mümkün edən motor hissəsi olmadan) avtomobilə quraşdırılması sözügedən inzibati xətanın törədilməsi kimi qiymətləndirlə bilməz. Avtomobildən aşkar edilərək götürülmüş çoxavazlı səs siqnalının iş materiallarına əlavə edilmiş foto şəkillə bağlı sübuta dair məhkəmə qeyd edir ki, inzibati xəta kimi qiymətləndirilən hadisəni bilavasitə və canlı şəkildə özündə əks etdirən videogörüntü iş materiallarında olduğu halda, digər tərəfdən həmin sübutun sonradan dəyişdirilməsi mümkün olmadığı üçün məhkəmə bu sübutu daha mötəbər hesab edir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, fotoşəkildən də göründüyü kimi həmin çəkiliş hadisənin baş verdiyi yerdə deyil, inzibati otaqda qeydə alınmışdır, digər tərəfdən həmin şəkildə siqnalın avtomobilin üzərində təchiz edilməsi görünmür və bu faktı təsdiq etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD!: Şəxs xx.xx.2023-cü il tarixli, İXP seriyali, ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5629/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5629/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver