Məhkəmə qərarları › İş №3(004)-5630/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5630/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5630/2025 17.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X21 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “İri Şəhərlərin Birləşmiş SJ Təchizatı Xidməti” publik hüquqi şəxsin, X19 idarəsinin rəisi vəzifəsində işləyir. X13 xx.xx.2024-cü il tarixində X19 idarəsinin, Avtomatika və Metrologiya şöbəsinin, Mingəçevir şəhəri üzrə Suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupuna 2-ci dərəcə ilə Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə təyin edilmişdir. X13 işə qəbul edilərkən tam sağlam olması ilə bağlı müvafiq tibbi arayış təqdim etmişdir. Lakin cari ilin may ayında emas.gov.az saytının alt portalında X7 əlil, həmçinin əmək qabiliyyətsiz olmasını aşkarlamışdır. O, X10 əmək qabiliyyətsiz olması səbəbilə Nəzarət- ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyə bilməyəcəyini izah edərək xx.xx.2025-ci il tarixində bildiriş verərək xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən işdən azad etmişdir. X7 şikayət etməsindən sonra X6 işdən azad etmə prosesini araşdıraraq, barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir Həmin qərar ilə onu 1800 (bir min səkkkiz yüz) manat məbləğində cərimələmişlər. X14 tərəfindən qərarın tərtib edilməsinə əsas olaraq X17 ilə bğlanmış əmək müqaviləsinin bitmə tarixinin xx.xx.2025-ci il qeyd edilməsinə baxmayaraq, onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verməyi olmuşdur. Emas.gov.az saytında işçinin əmək müqaviləsi reyestrində X7 iş ilinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi olduğu göstərilmişdir. İlkin məhkəmə iclasında iştirak edən X3 şikayətlə eyni məzmunlu izahat verməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, qeyd etdi ki, qərar qanunidir, şirkətə pozuntunun aradan qaldırılmas ilə bağlı 1 ay vaxt verilsə də qeyd olunan pozuntu 1 aydan gec aradan qaldırılmışdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin Afiq Əliyevə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2025-ci il qeyd olunmasına baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinməklə onun barəsində 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan X2 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin X19 İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətlərə baxılmışdır. Araşdırma zamanı “Əmək və Məşğulluq” altsisteminə və tərəfinizdən təqdim olunmuş sənədlərə baxış keçirilərkən X13 ilə aranızda xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli əmək müqaviləsinin bağlandığı, eyni zamanda sonuncu əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il qeyd olunmasına baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur) əsasən xitam verildiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 45-k nömrəli əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X14 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin sistemindən çıxarılmış əmək müqaviləsinin 2.3-cü bəndində əsasən əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Əliyev Äfiq Məhəmməd oğlu - “iri Şəhərlərin Birləşmiş So Təchizatı Xidmari” publik hüquqi şəxsin X19 İdarəsinin Avtomatika və metrologiya şöbəsi, Mingəçevir şəhəri üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupuna 2-ci dərəcə ilə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ifa əlaqədar olaraq xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin şikayətçi Afiq Əliyevə ünvanlanan məktubundan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin X19 İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan müraciətlərə X12 tərəfindən baxılmışdır. Bildirir ki, əmək hüquqlarınızın pozulması ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin və X19 idarəsinin ünvanlarına (ünvan 3i xx.xx.2025-ci il tarixli və 3-17-5/2-61503/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Araşdırma zamanı “Əmək və Məşğulluq” altsisteminə və X19 idarəsi tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilərkən onunla xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli əmək müqaviləsinin bağlandığı, eyni zamanda sonuncu əmək müqavilənizin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il qeyd olunmasına baxmayaraq əmək müqavilənizə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur) əsasən xitam verildiyi məlum olmuşdur. Bildirir ki, əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi ilə əlaqədar X19 İdarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəzərinə çatdırır ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 45-k nömrəli əmrin ləğv edilməsini təmin edib nəticəsi barədə X14 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədi ilə X19 İdarəsinə tərəfindən müvafiq məktub ünvanlanmışdır. Bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən qərarda göstərilən müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmçinin müəssisə tərəfindən təqdim olunmuş sənədlərdən Sizə xx.xx.2025-ci il tarixində 788,54 (yeddi yüz səksən səkkiz manat 54 qəpik) manat məbləğində vəsaitin qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin X19 İdarəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə vətəndaş X13 tərəfindən şikayət verilmişdir. Müraciət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətində araşdırılmış və müəyyən edilmişdir ki, “Əmək və Məşğulluq” altsisteminə və X19 idarəsi tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilərkən onunla xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli əmək müqaviləsinin bağlandığı, eyni zamanda sonuncu əmək müqavilənizin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il qeyd olunmasına baxmayaraq əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. X14 tərəfindən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi ilə əlaqədar X19 İdarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmədə şikayət verən şəxs əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə bitməsini israrla qeyd etsə də, sonuncu məhkəmə prosesində X8 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsindən görünür ki, müqavilə xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X9 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar