Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5647/2024 19.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, X4 37 ünvanında yerləşən “Chaikənd” iaşə obyektinin fəaliyyəti zamanı havalandırma sistemindən ətarf mühitə yayılan səs-küyün səviyyəsi XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçülmüş, nəticədə səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, monitorinqlər keçirilən zaman Bakı səhəri, Yasamal rayonu, X4 37 ünvanında fəaliyyət göstərən “Chaikənd” iaşə obyektində havalandırma sistemində ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Beləliklə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, X4 37 ünvanında yerləşən “Chaikənd” iaşə obyektindən yayılan səs-küyün səviyyəsini özündə əks etdirən cihazın fotoşəkillərini təqdim etsədə, həmin fotoşəkillərin qeyd edilən obyektin səs-küyün səviyyəsini ölcülən zaman çəkilməsi barədə sübüt təqdim edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC barəsində əsassız olaraq 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, səlahiyyətli orqan tərəfindən ətrafa yayılan səs-küy səviyyəsinin ölçülməsi üçün iaşə obyektində yoxlama aparılan zaman onun iştirakı təmin edilməmiş yoxlamanın nəticələrinə dair sübutlar ona təqdim edilməmişdir. Ümumiyyətlə Yasamal rayonu, X4 37 ünvanında yerləşən “Chaikənd” iaşə obyektinin havalandırma sitemindən yayılan səs-küyün səviyyəsi normadan artıq deyildir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli, 86795 nömrəli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X4 37 ünvanında yerləşən “Chaikənd” iaşə obyektində keçirilmiş monitorinq zamanı ətraf mühitə yayılan səs-küyün səviyyəsi ətraf-mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X3 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, 002361 nömrəli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X4 37 ünvanında yerləşən “Chaikənd” iaşə obyektinin ətraf ərazisində XKEMİ-nin mühəndisi Hacıyev Nurlan, 11 saylı RETSİ-nin müfəttişi Vəliyev Xəzər, iaşə obyektinin nümayəndəsi Laçın Camallının iştiakı ilə 20:30-dan 21:30-dək monitorinq keçirilmişdir. Monitorinq ölçmə işləri “Chaikənd” iaşə obyekti fəaliyyətdə olan zaman havalandırma sisteminin qarşısında təxminən 3-5 metr məsafədə PCE – 322A səyyar cihazı vasitəsilə aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə səs-küy çirklənməsi 72.0 dba (norma 70.0 dba) təşki etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Həmin akta “Chaikənd” iaşə obyektinin fotoşəkilləri əlavə olunmuşdur. Lakin ölçmənin nəticəsi həmin fotoşəkillərdə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş fotoçəkildən görünür ki, 72.0 dBA yazılmışdır. Həmin fotonun hansı qurğuya aid olması və harada çəkilməsi müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı səhəri, Yasamal rayonu, X4 37 ünvanında fəaliyyət göstərən “Chaikənd” iaşə obyektinin havalandırma qurğularından ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Kalibrləmə Sertifikatı təqdim etməmiş, həmin yoxlamanın protokolda qeyd edilmiş sertifikat nömrəsi qeyd edilmiş cihazla yerinə yetirildiyini bildirsələr də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, NF Group 2024” MMC-nin barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli, 86795 nömrəli və Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X3 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, 002361 nömrəli aktlar inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallarına sübut növü kimi Şəxs MMC-nin əməkdaşı Laçın Camallının izahat verməkdən və imza etməkdən imtina etməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin şəxsin Şəxs MMC adından hər hansı bir izahat vermək və ya imza etmək kimi hüququnu təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Səlahiyyətli orqanın nümayəndələri də, izahatlarında Laçın Camallını səlahiyyəli şəxs olmasını təsdiq edən sənədin iş materiallarında olmadığını qeyd etmişlər. Həmçinin Şəxs MMC-nin qanuni təmsilçisi X2 da izahatında həmin şəxsin Şəxs MMC adından hər hansı hərəkət etmək hüququnun olmadığını bildirmiş, ona belə bir səlahiyyət verilmədiyini qeyd etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən səs-küyün ölçülməsi, vibrasiyanın ölçülməməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalardan artıq olduqda inzibati məsuliyyət nəzərdə tutulduğundan, hazırkı halda isə vibrasiya ilə bağlı normaların pozulmasına dair sübutlar olmadığından vəzifəli şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Beləliklə, yuxarıda göstərilənlərə əsasən, inzibati xəta haqqında protokoldan göstərilən halların hüquqi şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, hüquqi şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5647/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5647/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver