Məhkəmə qərarları › İş №3(004)-567/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-567/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-567/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 iştirakları ilə, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 dekabr 2021-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 yanvar 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 25 oktyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük idarəsində **********9072 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 7000 manat təşkil edən Lovvbed markalı 2007-ci il buraxılışlı NL9Y2KY257M004412 nömrəli şassi nömrəli yarımqoşqunu 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Qərb Ərazi Baş Gömrük idarəsinin “Sınıq Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 26 oktyabr 2017-ci il tarixdə 24/24/026341 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 25 oktyabr 2018-ci il tarixədək uzatmış və yenidən 26 sentyabr 2018-ci il tarixdə 24/24/025499 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 25 oktyabr 2019-cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 25 oktyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda, qaytarılması məcburi olan əvvəllər aparılmış həmin malı Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Nəticədə Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/013/032703 nömrəli 20.12.2021-cı il tarixli raport, **********9072 sorğu nömrəli Gömrük bəyannaməsi, mal müşayiət sənədləri, müddətin uzadılmasına dair müraciətlər, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursundan çıxarışlar, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən çıxarış, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanı ünvan 1ını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Elmir Həsənov tərəfindən verilmiş 20.12.2021ci il tarixli raportdan görünür ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 25 oktyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9072 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 7000 manat təşkil edən Lovvbed markalı 2007-ci il buraxılışlı NL9Y2KY257M004412 nömrəli şassi nömrəli yarımqoşqunu 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Qərb Ərazi Baş Gömrük idarəsinin “Sınıq Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 26 oktyabr 2017-ci il tarixdə 24/24/026341 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 25 oktyabr 2018-ci il tarixədək uzatmış və yenidən 26 sentyabr 2018-ci il tarixdə 24/24/025499 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 25 oktyabr 2019-cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 25 oktyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda, qaytarılması məcburi olan əvvəllər aparılmış həmin malı Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Bu hərəkətləri ilə Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətmişdir. Yuxarıda göstərilənlərə əsasən, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin **********9072 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 7000 manat təşkil edən Lovvbed markalı 2007-ci il buraxılışlı NL9Y2KY257M004412 nömrəli şassi nömrəli yarımqoşqunu Azərbaycan Respublikası gömrük ərazisinə qaytarmama faktına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qanuna müvafiq göstəriş verilməsi xahiş edilmişdir. 25.10.2016-cı il tarixli **********9072 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Lowbed” markalı yarımqoşqunun dəyəri 7000.00 manat müəyyən edilmişdir. 25.10.2016-cı il tarixli 003 nömrəli invoysdan görünür ki, 2 ədəd “Lowbed” markalı yarımqoşqunun dəyəri biri 7000.00 manat olmaqla ümumilikdə 14000.00 manat müəyyən edilmişdir. Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair 24.10.2017-ci il tarixli ərizədən görünür ki, görülən işlərin davam etdirilməsi ilə əlaqədar **********9072 nömrəli və bir sıra digər yük gömrük bəyannaməsi üzrə müvəqqəti idxal (ixrac) müddətinin uzadılması xahiş edilmişdir. Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair 22.09.2018-ci il tarixli ərizədən görünür ki, görülən işlərin davam etdirilməsi ilə əlaqədar **********9072 nömrəli və bir sıra digər yük gömrük bəyannaməsi üzrə müvəqqəti idxal (ixrac) müddətinin uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hüquqi şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında 21 dekabr 2021-ci il tarixli protokolundan görünür ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X4 bildirmişdir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) 25 oktyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük idarəsində **********9072 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirmişdir. Həmin yüklər Türkiyə Respublikasına aparılmışdır. Aparılan yüklərin ümumi dəyəri 7000 manat təşkil etmişdir. Malların müvəqqəti ixrac müddəti hər il cəmi 2 dəfə olmaqla, qanunun yol verdiyi üç ildən artıq olmayan müddətə uzadılmışdır. Nəticədə mallar Azərbaycan Respublikasına 25 oktyabr 2019-cu ildə qaytarılmalı idi. Buna baxmayaraq, mallar göstərilən tarixdə Azərbaycan Respublikasına qaytarılmamışdır. Müddətin ötürüldüyünü etiraf edirik. Tətbiq olunacaq cəriməni ödəməyə hazırıq. Malların qaytarılmamasına səbəb Türkiyə Respublikasında olan problemlər olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır. Göründüyü kimi qüvvədə olan gömrük qanunvericiliyində bir qayda olaraq 3 ildən artıq müddətə malların müvəqqəti ixrac prosedurunda qalma müddəti nəzərdə tutulmamışdır. Habelə, qanunvericilik idxalatçının üzərinə malların təkrar idxal edilməsi vəzifəsi qoymaqla malların ölkə ərazisinə qaytarılması məqsədi daşıyır. Tənzilməyici normalardan ibarət qeyd olunan müddəaların tələblərinə riayət edilmədiyi halda isə mövcud ictimai münasibətlərin qorunması məqsədi ilə inzibati xətalar qanunvericiliyində məsuliyyət müəyyən edilmişdir. İş materiallarında görünür ki, hüquqi şəxs "X3 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində nəinki Azərbaycan Respublikasına geri qaytarılması təmin edilməmiş, habelə araşdırma dövründə və Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən həmin ölkənin qanunvericiliyinə uyğun müvafiq tədbir görülməsinə baxmayaraq yenidən malların qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İXM-in 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 25 oktyabr 2019-cu il tarixdən bir ildən artıq müddət keçdiyindən, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 499.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar