Məhkəmə qərarları › İş №3(004)-569/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-569/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-569/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin sədri Şəxs, "xxxx" MMC-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: "xxxx" MMC-nın icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən inzibati xəta haqqında müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2615/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 3554.4 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2867/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 12810 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 1133 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 450000 rusiya rublu məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2733/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 972 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2552/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 479 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 750000 rus rublu pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2346/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 413 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Borclu "xxxx" MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq borclu hüquqi şəxs "xxxx" MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın rəhbəri Şəxs tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, sözügedən MMC-lər ilə heç bir bağlılığı yoxdur. O, faktiki olaraq həmin MMC-lərə rəhbərlik etmir, sadəcə olaraq hüquqi şəxsləri onun adına rəsmiləşdirmişlər. Hazırda icra sənədində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, "xxxx" MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2615/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə, yəni ayrı-ayrılıqda iki ədəd mənzilin verilməsi ilə bağlı hissəsində yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 2615/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 3554.4 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2867/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 12810 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 1133 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 450000 rusiya rublu məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2733/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 972 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2552/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 479 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 750000 rus rublu pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2346/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin "xxxx" MMC-dən 413 ABŞ dolları pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs "xxxx" MMC-ya Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından da göründüyü kimi borclu məhkəmə qərarının icrası ilə əlaqdar etdiyi hərəkətlər – təklif etdiyi mənzillər məhkəmə qərarında və ona uyğun verilmiş icra vərəqində əks edilmiş hallara uyğun olmadığından 4 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, məhkəmə qərarı üzürsüz səbəbdən hələ də icrasız qalmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar