Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5692/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişəm. Həmin qərar xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokola və qərara əsasən o, Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə müvafiq olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını təmin etməmişdir. Halbuki, 19 oktyabr 2023-cü il tarixli protokoldan onun ümumiyyətlə xəbəri olmamış və inzibati iş üzrə icraatda iştirakı təmin edilməmişdir. Bununla yanaşı 19 oktyabr 2023-cü il tarixli protokol elektron qaydada tərtib edilmədiyi halda, protokola əsasən elektron sistemdə olan məlumatlar əsasında onun tərəfindən inzibati xəta pozuntusunun törədilməsi aşkar edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq qaydada tərtib edilmədiyindən və həmçinin, onun iş üzrə icraatda iştirak etmək, iş materialları ilə tanış olmaq və müdafiə hüquqlarım pozulduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edildiyi kimi inzibati işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmədiyi üçün onun inzibati icraatın materialları ilə tanış olmaq və özünü müdafiə etmək hüquqları pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəmə baxışı zamanı X1 vəkili X6 şikayət ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını təmin etmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 bildirmişdir ki, tərəflərindən araşdırmalar aparıldıqdan sonra müəyyən olunmuşdur ki, X5 tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə müvafiq olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını təmin edilməmişdir. Buna görə də X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qanuni və əsaslı olduğundan onu müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, fərdi sahibkar olan İ.Hüseynovun (VÖEN **********) işəgötürən qismində üç aktiv əmək müqaviləsi mövcuddur və onlarla müvafiq icbari sığorta müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, fərdi sahibkar olan İ.Hüseynov əmək müqaviləsi bağladığı və işə çəlb etdiyi işçiləri barəsində xx.xx.2023-cü il tarixində icbari sığorta müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə müvafiq olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını vaxtında təmin etməmişdir. Belə ki, İ.Hüseynovun vəkili tərəfindən məhkəməyə təqdim edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, fərdi sahibkar olan İ.Hüseynov əmək müqaviləsi bağladığı və işə çəlb etdiyi işçiləri barəsində xx.xx.2023-cü il tarixində icbari sığorta müqaviləsi bağlamışdır. Başqa sözlə desək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən İ.Hüseynov barəsində inzibati protokol tərtib edildikdən sonra icbari sığorta müqaviləsi bağlamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi aşkar edildikdən, müvafiq qaydada sənədləşdirildikdən sonra icbari sığorta müqaviləsinin bağlanması İ.Hüseynov tərəfindən inzibati xətanın törədilməməsi və ya inzibati xəta hadisəsinin mövcud olmaması anlamına gəlmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Yasamal rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5692/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5692/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver