Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5699/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Xəzər markalı **-PU-*** nömrəli xidmət minik avtomobili Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövtet Xidmətinin 29 iyul 2021-ci il tarixli ********** nömrəli razılıq məktubuna əsasən Azərbaycan Respublıkası Əmək və Əhahilinin Sosial Müdafiəsi Nazirliyinin (Nazırlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun balansından Nazirliyinin tabeliyində X1 Müfəttişliyi Xidmətinin balansına verilmişdir. Buna görə də, “AR Dövlət Sosial Müdafiə Fondu” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xəzər markalı **-PU-*** nömrəli xidmət minik avtomobili Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövtet Xidmətinin 29 iyul 2021-ci il tarixli ********** nömrəli razılıq məktubuna əsasən Azərbaycan Respublıkası Əmək və Əhahilinin Sosial Müdafiəsi Nazirliyinin (Nazırlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun balansından Nazirliyinin tabeliyində X1 Müfəttişliyi Xidmətinin balansına verilmişdir. Yəni müraciətdə qeyd olunan KHAZAR LX MİNİK markalı ** PU *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi AR Dövlət Sosial Müdafiə Fondunun balansında deyildir. Belə olan halda məhkəmə hesab edir ki, “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılıb qərar qəbul olunması üçün məhkəməyə göndərilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “AR Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsinin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “AR Dövlət Sosial Müdafiə Fondu” barəsində xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5699/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5699/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver