Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-57/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndələri X9 və X5, X2 müdafiəçisi Bakı şəhəri ”Mərkəz” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vasif Həsənli şikayətçi X14 zəng edərək cərimələndiyini bildirmiş və bununla bağlı onu şöbəyə dəvət etmişdir. Şöbədə olarkən icra məmuru icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi ona təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərarla o, İXM-nin 394.0.7-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilmişdir ki, Agentliyin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surəti şikayətçiyə xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Qərarla tanış olduqdan sonra ona məlum olmuşdur ki, guya Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 76 saylı sahənin bir hissəsində inşa olunan fərdi yaşayış evinin tikintisi üçün Agentlik tərəfindən verilmiş “Qərara” əməl olunmamış, buna görə barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli protokola baxılmış və onun tərəfindən İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Müraciətdə bildirilmişdir ki, şikayətçiyə Agentlik tərəfindən əməl olunması üçün heç bir qərarın surəti göndərilməmiş, onun qərar haqqında heç bir məlumatının olmamasına baxmayaraq qərəzli şəkildə barəsində xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli protokol tərtib edilmiş və xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Ərizədə həmçinin göstərilmişdir ki, X19 Əhəd oğlu tərəfindən heç bir qanun pozuntusuna yol verilmədən, fiziki şəxslər və dövlət orqanları tərəfindən mülkiyyət hüququna çoxsaylı qanunsuz müdaxilələrə baxmayaraq tikinti işləri yalnız qanunvericiliyin tələblərinə uyğun və məhkəmə qərarı əsasında aparılmışdır. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona verilmiş çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı qaydasında təqdim olunmuş memarlıq-planlaşdırma layihəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə razılaşdırılmışdır və bundan sonra, ərazidə tikinti işlərinə başlanılmışdır. Lakin, qonşuluqda yaşayan vətəndaşlar X7 və Vood Volley Hicran Məhəmməd qızının müvafiq dövlət orqanlarına çoxsaylı əsassız və öz təsdiqini tapmayan şikayətləri əsasında aparılan tikinti işlərinə müdaxilələr olmuşdur. Buna görə də, o, cavabdehlər X4 və Vood Volley Hicran Məhəmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə mahiyyəti üzrə baxılıb müvafiq yekin qərar qəbul edilənədək və məhkəmənin qətnaməsi qanuni qüvvəsini alanadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü y/m, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 hektar torpaq sahəsindən və onun üzərində inşa edilən tikilidən istifadə edilməsi, o cümlədən həmin ərazinin istənilən sahəsinə daxil olmaq, eləcə də qeyd olunan torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına edilən qanunsuz müdaxilələr cavadehlərə və digər şəxslərə qadağan edilmişdir. Göründüyü kimi xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı mövcud olduğu halda, Agentlik eyni gündə, yəni xx.xx.2020-ci il tarixdə sifariş əsasında MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əlavə olaraq vurğulanmışdır ki, Agentliyin qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərkən və onun əsasında xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxılarkən aidiyyəti inzibati orqan tərəfindən şikayətçiyə heç bir məlumat verilməmiş, inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmişdir. Beləliklə də, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən tərəfindən sübutların təqdim olunması ilə bağlı hüququ məhdudlaşdırılmışdır. Bu isə Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. Ərizədə göstərilənlərə əsasən X19 Əhəd oğlu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 müdafiəçisi Bakı şəhəri ”Mərkəz” Vəkil Bürosunun vəkili X15 şikayətin dəlillərinə uyğun izahat verərək qeyd etmişdir ki, İXM-nin 394.0.7-ci maddəsinin məzmunundan göründüyü kimi, ilk növbədə tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının, yəni FHN-nin yazılı göstərişi və işlərin dayandırılması haqqında qərarı olmalı və barəsində müvafiq göstəriş və ya qərar qəbul edilmiş şəxs isə bu barədə xəbərdar olmalıdır ki, həmin qərar və göstərişin tələblərinə əməl edilmədikdə qeyd olunan xətanın tərkib əlamətləri yaranmış olsun. Yalnız hazırki məhkəmə baxışı zamanı aşkar edilmişdir ki, Hafiz Hüseynov tərəfindən inşa edilən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması haqqında xx xxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Halbuki, qəbul edilmiş qeyd olunan qərar şikayətçi X14 ümumiyyətlə təqdim edilməmiş və o, həmin qərardan məlumatsız olmuşdur. Belə olan halda isə, İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir xətanın törədilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən X13, onun mülkiyyətində olan torpaq sahəsində tikintisi davam etdirilən fərdi yaşayış binasında aparılmış yoxlama, o cümlədən haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraat, həmin icraat zamanı tərtib edilmiş protokoldan məlumatı olmamış, işə baxılması haqqında bildiriş və ya hər hansı formada məlumat ona verilməmişdir. İnzibati araşdırma nəticəsində qəbul edilmiş qərardan isə yalnız iş icra üçün Yasamal rayon İcra şöbəsinə göndərildikdən sonra xəbərdar olmuşdur. Belə olan halda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada X13 dinlənilməsi hüququ pozulmuş və ona öz müdafiəsi ilə bağlı sübut təqdim etməsi üçün imkan yaradılmamışdır. Göstərilənlərə əsasən müdafiəçi X15 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X12 izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü y/m, 76 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinə və onun üzərində inşa edilən tikiliyə Agentliyin əməkdaşları tərəfindən texniki baxış keçirilmişdir. Baxışda mülkiyyətçi X13 etibarnamə üzrə nümayəndəsi olan qohumu X22 iştirak etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlandırılma icraatı qaydasında razılaşdırılmış layihədən kənarlaşaraq 3-cü mərtəbədən əlavə olaraq 4-cü mərtəbənin tikintisinə başlanılmışdır. Faktın aşkar edilməsi ilə bağlı 20547 nömrəli akt tərtib edilmiş, fotoşəkillər çəkilərək akta əlavə edilmiş, həmin tikinti obyekti icazəverici sənədləri olmadan inşa edilən obyektlərin ümumi siyahısına daxil edilmişdir və xx xxx 2020-ci il tarixdə tikinti işlərinin dayandırılması haqqında qərar qəbul edilərək mülkiyyətçi X13 qeydiyyat ünvanına göndərilmişdir. Dayandırma haqqında qərarın qəbul edilməsinə əsas o olmuşdur ki, qeyd olunan obyektdə aparılan tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən icazə icraatı qaydasında aparılmalı olduğu halda müvafiq icazə alınmamışdır. Belə ki, tikinti obyektinin mərtəbə sayı 3-dən artıq olduqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icazə alınmalı idi. Dayandırma qərarı ilə mülkiyyətçidən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə dair icazə sənədlərinin Agentliyə təqdim edilməsi, aşkar edilmiş pozuntuların 30 gün müddətində aradan qaldırılması tələb edilmişdir. Həmçinin aşkar edilmiş pozuntu barədə xx xxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, eyni zamanda ərazi üzrə Səbail rayon İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilərək qanuna müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Bundan sonra xx xxxxxxxx 2020-ci il tarixdə Agentlik tərəfindən yenidən tikinti obyektinə texniki baxış keçirilmiş və pozuntular aradan qaldırılmadan tikinti işlərinin davam etdirilməsi müəyyən edilmişdir. Aşkar edilmiş sonuncu fakt üzrə də təkrar tekniki baxış aktı tərtib edilmişdir. Beləliklə, mülkiyyətçi X13 əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri aşkar edildiyindən həmin tarixdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun surəti və xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş işin baxılmasında iştirak etmək üçün bildiriş tərəfə, yəni mülkiyyətçiyə rəsmi qaydada göndərilmişdir. Göstərilənlərə əsasən X1 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin digər etibarnamə üzrə nümayəndəsi X16 da izahatında X5 göstərdiyi xüsusatları təsdiq etmiş və Agentlik tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini, iş materiallarını və məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Agentliyin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən, yəni: 1) Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi A.Cabbarov tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli 20547 nömrəli texniki baxış aktından müəyyən edilir ki, sifarişçi Hafiz Hüseynov tərəfindən inşa edilən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi fərdi yaşayış evinin tikintisi zamanı məlumatlandırılma icraatı qaydasında razılaşdırılmış layihədən kənarlaşaraq 3-cü mərtəbədən əlavə olaraq 4-cü mərtəbənin tikintisinə başlanılması aşkar edilmişdir. Akta əlavə edilmiş fotoşəkil və onun üzərindəki qeydlər məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, obyektə texniki baxış xx xxx 2020-ci il tarixdə keçirilməsinə baxmayaraq, rəqəmsal fotoaparatla obyektin fotoşəkili baxışdan 9 gün sonra, yəni xx xxx 2020-ci il tarixdə çəkilmişdir. Bu isə fotoşəklin sübut olaraq mötəbərliliyinə dair məhkəmədə kifayət qədər şübhə doğurur. 2) Agentliyin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərardan müəyyən edilir ki, yuxarıda qeyd edilən xx xxx 2020-ci il tarixli 20547 nömrəli texniki baxış aktına əsasən tikinti obyektində aşkar edilmiş pozuntu, yəni 4-cü mərtəbənin tikinti quraşdırma işlərinin aparılması ilə bağlı mülkiyyətçi X13 üzərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə dair icazə sənədlərinin Agentliyə təqdim edilməsi, aşkar edilmiş pozuntuların 30 gün müddətində aradan qaldırılması öhdəliyi qoyulmuşdur. 3) Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi X17 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, fiziki şəxs X21 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 76 saylı sahənin bir hissəsində inşa olunan fərdi yaşayış evinin tikintisinin dayandırılması barədə qərara əməl olunmaması faktı aşkar edilmişdir. Lakin qeyd edilən protokolda hansı dayandırma haqqında qərara riayət edilməməsi göstərilməmişdir. Bundan başqa protokolda X13 protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etməsi göstərilməsinə baxmayaraq, imtinanın səbəbləri barədə protokolda hər hansı bir qeyd aparılmamışdır. Bununla bağlı məhkəmə baxışı zamanı Agentliyin nümayəndəsinin verdiyi izahatdan müəyyən edilmişdir ki, X21 tərəfindən xx xxx 2020-ci il tarixdə tikinti işlərinin dayandırılması haqqında qərara əməl edilmədiyindən İXM-nin 394.0.7-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və tikinti obyektinə texniki baxış zamanı X13 etibarnamə üzrə nümayəndəsi X22 iştirak etmişdir. Protokoldan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakına dair heç bir qeydiyyat aparılmamışdır. 4) Baş Dövlət Tikinti Müfəttişliyinin xx xxxxxxxx 2020-ci il tarixli məktub və bildirişindən müəyyən edilir ki, şikayətçi Hafiz Hüseynova barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmiş və işə baxılmasının xx xxxxxxxx 2020-ci il tarixə təyin edilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi məktubda Hafiz Hüseynov barəsində tərtib edilmiş protokolun tarixi düzgün qeyd edilməmiş, protokolun özündə isə onun qəbul edilməsindən imtina edilməsi göstərilmişdir. Məhkəmə baxışı zamanı Agentliyin nümayəndəsi tərəfindən həmin sənədlərin şəxsə rəsmi qaydada verilməsinə dair sübut təqdim edilməmişdir. Bu halda X14 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinin təqdim edilməsi, o cümlədən inzibati işə baxılmasının vaxtı və yeri barədə onun rəsmi qaydada məlumatlandırılıb-məlumatdırılmaması məhkəmədə kifayət qədər şübhə yaradır. Məhkəmə hesab edir ki, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61.3-cü maddəsinə əsasən işinə baxılarkən dinlənilməsi hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. 5) Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X11 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, yuxarıda adı qeyd edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X21 İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, xətanın tərkib əlamətinə daxil olan obyektiv cəhətini təşkil edən hərəkət və ya hərəkətsizliyi bir neçə qrupa ayırmaq olar: 1)müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə əməl edilməməsi; 2)müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl edilməməsi; 3)tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə əməl edilməməsi; 4)tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qərarlarına əməl edilməməsi. Beləliklə, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X19 Əhəd oğlu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərara əməl etməməsi ilə bağlı İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin xəta subyektiv cəhətdən qəsdən törədildikdə məsuliyyətə səbəb olur. Belə ki, həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Dolayısı ilə, X13 əməlində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətinin yaranması üçün, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərardan məlumatlı olmalı, həmin qərar ona qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmalıdır. Bu qaydalara əməl edildikdən sonra X21 tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərarın tələbləri qəsdən yerinə yetirilmədiyi halda onun əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri yaranmış olur. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərarın qanuni olub-olmaması hazırki məhkəmə baxışının predmeti olmadığından məhkəmə qeyd olunan məsələyə hüquqi qiymət vermir. Odur ki, xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərarın X14 rəsmi qaydada çatdırılıb-çatdırılmaması hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı Agentliyin nümayəndəsi tərəfindən məhkəməyə poçt göndərişinə dair SS681003726AZ ştrix kodlu xəbərnamə və sifarişli xəbərdarlıq nömrəsi SP000426204AZ olan qəbz təqdim edilərək sözügedən qərarın şikayətçiyə rəsmi qaydada çatdırıldığı bildirilmişdir. Araşdırma zərurəti ilə bağlı həm məhkəmə tərəfindən, həm də şikayətçinin müdafiəçisi tərəfindən “xxxx” MMC-yə verilmiş sorğular əsasında məhkəməyə daxil olmuş məktublardan müəyyən edilmişdir ki, SS681003726AZ saylı sifarişli xəbərnaməli məktub xx xxx 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi ev 16 mənzil 5 ünvanına Hafiz Hüseynovun adına göndərilməsi üçün poçt şöbəsinə təqdim edilmişdir. Həmin məktub xx xxx 2020-ci il tarixində xidmət ərazisi üzrə 141 saylı PŞ-yə daxil olmuş, lakin bir neçə cəhddən sonra Hafiz Hüseynovun qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuş və xx xxxx 2020-ci il tarixində F.20 yarlıkında müvafiq qeyd aparılaraq göndəriciyə geri qaytarılmışdır. Müdafiəçinin sorğusu əsasında 141 saylı PŞ-dən verilmiş məlumatdan isə müəyyən edilir ki, xx xxx 2020-ci il tarixində Yasamal rayonu A.Abbasov küçəsi ev 16 mənzil 5 ünvanına Hafiz Hüseynova ünvanlanmış SP000426204AZ saylı sifarişli məktub ünvanda yaşayış olmadığı üçün geri qaytarılmışdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin bildirişləri də şikayətçi Hafiz Hüseynov qeydiyyatda olduğu Yasamal rayonu A.Abbasov küçəsi ev 16 mənzil 5 ünvanına göndərilməsinə baxmayaraq “ünvanda yaşamır, kirayənişin tərəfindən qəbul edilmədi” qeydi ilə geri qaytarılmışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 0204 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərar şikayətçi X14 rəsmi qaydada çatdırılmamış və o, qərardan məlumatsız olmuşdur. Belə olan halda X13 əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olmadığı tam olaraq sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 tərkib əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Hazırki işin faktiki hallarından isə müəyyən edilmişdir ki, X13 əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri mövcud deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X11 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində X21 barəsində yerləşdirilmiş cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X29 oğlunun şikayəti təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X11 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X21 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində X29 oğlu barəsində yerləşdirilmiş cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-57/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-57/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver