Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-570/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1975-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22.12.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 döyərək ona fiziki ağrı yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən 26.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək, əsəbləşdiyi üçün və içki içdiyindən özündə olmayaraq X2 döymüşdür. Əməlindən peşmandır, səhv elədiyini başa düşür. X3 ilə hazırkı vaxtadək bir yerdə qalırlar, Rəşadə işləyərək onun daima qayğısına qalır, ona qulluq edir, ona görə də əməlindən çox peşmandır. Kişi kimi söz verir ki, bundan sonra bir də Rəşadəyə əl qaldırmayacaqdır, həmçinin kişi kimi söz verir ki bu gündən Rəşadənin evindəki veşlərini də götürüb, həmin evdə qalmayacaqdır, Başqa yerdə qalacaqdır, bir də Rəşadənin evində qalmayacaq və Rəşadəyə yaxın getməyəcəkdir. Gələcəkdə bir də belə bir hərəkətə yol verməyəcəkdir. Rəşadədən üzr istəmişdir, onunla barışmışdır, ona görə də işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, Şəxs onu döymüşdür. Əyyub kişi kimi söz verir ki, veşlərini yığışdırıb onun evindən gedəcəkdir, bir də ona yaxınlaşmayacaq və ona əl qaldırmayacaqdır. Buna görə də Əyyub səhvlərini başa düşdüyündən, ondan üzr istədiyindən, Əyyub veşlərini yığışdırıb onun evindən gedəcəyinə söz verdiyi üçün, Əyyubla barışır, şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə rəisi Əli Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 22.12.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 döyərək ona fiziki ağrı yetirmişdir. Həmin iş üzrə 05.01.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-570/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-570/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver