Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5708/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 18 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Kıa Sportage minik» markalı, 10PX454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsinə verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 etibarnamə üzrə nümayəndəsi X4 inzibati xətanın törədilmədiyini, sorğunun onlar tərəfindən alınmadığını, «Kıa Sportage minik» markalı, 10PX454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin artıq onların balansında olmadığını, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Kıa Sportage minik» markalı, 10PX454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsinə verməmişdir; SX049968333AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğu məktubu xx.xx.2025-ci il tarixdə “Əliyev” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3(004)- 5708/2025 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, X7 idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə AZ1129 saylı poçt şöbəsi vasitəsilə Əkbər Nəbiyeva ünvanlanmış SX049968333AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2025-ci il tarixdə ünvan üzrə xidmət göstərən AZ1123 saylı poçt şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixdə geri qaytarılaraq xx.xx.2025-ci il tarixdə göndərici tərəfə təhvil verilmişdir. Belə ki, sözügedən zərfinin surəti təqdim olunmadan məktubun geri qaytarılma səbəbinin müəyyənləşdirilməsi imkanları xaricindədir; “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 67 nömrəli əmrdən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan və aşağıda göstərilən əsas vəsaitlər əvəzsiz olaraq “X2 Xidməti” X5n balansına verilməsi, ilkin dəyəri 263.806,02 manat (iki yüz altmış üç min səkkiz yüz altı manat iki qəpik), qalıq dəyəri 37.592,83 manat (otuz yeddi min beş yüz doxsan iki manat səksən üç qəpik) təşkil edən, aşağıdakı cədvəldə göstərilən əsas vəsaitlər əvəzsiz olaraq “X2 Xidməti” X5n balansına verilməsi (cədvəldə qeyd olunan avtomobillərdən biri də “Kia Sportage” minik markalı, 10PX454 d.q.n avtomobil olmuşdur)əmr edilmişdir; “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 88-İ nömrəli əmrdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “iri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X5n xx.xx.2025-ci il tarixli 67 №-li əmrinə və xx.xx.2025-ci il tarixli əsas vəsaitlərin təhvil-təslim aktına istinad edərək 1. baş mühasib Ş.Haqverdiyevə cədvəldə göstərilən (cədvəldə qeyd olunan avtomobillərdən biri də “Kia Sportage” minik markalı, 10PX454 d.q.n avtomobil olmuşdur) əsas vəsaitləri balansdan çıxartması və müvafiq qaydada mühasibat uçotunda dəyişiklik etməsinin tapşırılması, 2. idarənin struktur bölmə rəhbərlərinə öz fəaliyyətlərində bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmələrinin tapşırılması, 3. Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin əmrin surətinin aidiyyəti üzrə paylanmasını təmin etməsi, 4. Əmrin icrasına nəzarətin rəis müavini Ü.Ş.Kazımova tapşırılması əmr edilmişdir; xx.xx.2025-ci il tarixli əsas vəsaitlərin təhvil-təslim aktından görünür ki, “Kia Sportage” minik markalı, 10PX454 dövlət qeydiyyat nişanlı avtomobil də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin “X2 Xidməti” X3 balansına verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan X3 nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli əmrlə X5n balansında olan avtomobillər (həmçinin protokolda qeyd edilmiş “Kia Sportage” minik markalı, 10PX454 d.q.n) “X2 Xidməti” X5n balansına verilmişdir. Bu dəyişikliklər dövlət sənədləri və normativ aktlarla rəsmiləşdirilmişdir. İnzibati xətanın hüquqi tərkibi dörd elementdən ibarətdir: obyektiv tərəf, subyektiv tərəf, obyekt və subyekt. Bu halda, ilkin mərhələdə həmin əməldə inzibati xəta tərkibinin formalaşması üçün zəruri şərtlərdən biri olan subyekt elementi yoxdur. Subyekt, yəni hüquqi və ya fiziki şəxs olmadan hər hansı əməlin inzibati xəta kimi qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də konkret şəkildə göstərilir ki, yalnız hüquqi və ya fiziki şəxslər tərəfindən törədilmiş, qanunla qadağan olunmuş və təqsirli hərəkətlər (və ya hərəkətsizlik) inzibati xəta hesab oluna bilər. Lakin hal-hazırda barəsində protokol tərtib edilən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 adlı qurum xx.xx.2025-ci il tarixdə balansında olan avtomobilləri (həmçinin protokolda qeyd edilmiş “Kia Sportage” minik markalı, 10PX454 d.q.n) “X2 Xidməti” X5n balansına vermişdir. Bundan əlavə, inzibati icraatın mühüm tələblərindən biri də şəffaflıq, məlumatlandırma və cavab hüququnun təmin edilməsidir. İş materiallarından görünür ki, barəsində protokol tərtib edilmiş quruma inzibati xətanın baş verməsi ilə bağlı hər hansı etibarlı bildiriş təqdim edilməmişdir. Sadəcə bir şəxsin soyadı Əliyev olan naməlum şəxsin imzası ilə xəbərdarlıq sənədi təqdim olunmuşdur ki, burada hüquqi ünvan, səlahiyyətli şəxs və təmsilçilik qaydaları barədə heç bir dəqiq məlumat yoxdur. Bu da inzibati icraatın prosedur normalarının pozulmasına dəlalət edir və sübut toplusunun hüquqi qüvvəsini şübhə altına alır. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan da göründüyü kimi X7 idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə AZ1129 saylı poçt şöbəsi vasitəsilə Əkbər Nəbiyeva ünvanlanmış SX049968333AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, xx.xx.2025-ci il tarixdə ünvan üzrə xidmət göstərən AZ1123 saylı poçt şöbəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixdə geri qaytarılaraq xx.xx.2025-ci il tarixdə göndərici tərəfə təhvil verilmişdir. İş materiallarında olan xəbərnamənin üzərində olan möhür ştampından da aydın görünür ki, burada xx.xx.2025-ci il tarixi qeyd olunmuşdur. Halbuki protokol tərtib etmiş səlahiyyətli orqanın protokola əlavə edərək məhkəməyə təqdim etdiyi xəbərnamədə xx.xx.2025-ci il tarixdə göndərilmiş sorğu məktubunun xx.xx.2025-ci il tarixdə “Əliyev” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edildiyi göstərilmişdir. Buradan da görünür ki, protokol tərtib etmiş səlahiyyətli orqan həm də hələ hadisə baş verməmiş protokol tərtib etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi müəyyən olunmadığı üçün əməlində inzibati xəta hadisəsi yoxdur. Belə olan halda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5708/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5708/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver