Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-571/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 məhəllə 6 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı X1 xx xxxxxx 2021-ci il tarixli qərarlarından və rədd materiallarına əsasən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə vətəndaş X8 və X4 qarşı cibgirlik etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, 20 Yanvar dairəsində 211 saylı xətt marşrutunda olan zaman X2 əynindəki gödəkçənin sağ cibinə qoyduğu, özünə məxsus olan pul kisəsini oğurlamışdır. Həmin pul kisəsində 26 manat pul olmuşdur. Bundan əlavə Şəxs xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, M.Həsənov küçəsi ilə 211 saylı marşrutda hərəkətdə olan zaman X5 əl çantasının içərisinə qoyduğu, özünə məxsus olan pul kisəsini oğurlamışdır. Həmin pul kisəsində 100 manat pul və bir neçə bank kartı olmuşdur. Bununlada Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunvericiliyə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, heç bir yerdə işləmir, maddi imkanı olmadığı üçün oğurluq etmək məcburiyyətində qalmışdır. Əməlindən peşimandır. Göstərilənlərə əsasən onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirki ki, əvvəllər bir neçə dəfə məhkum olunub. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 38 A, mənzil 23 ünvanında yaşayan vətəndaş X6 DİN-in 102 xidmətinə və Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək Yasamal rayonu, 20 Yanvar dairəsində 211 saylı xətt marşrutunda olan zaman əynindəki gödəkçənin sağ cibinə qoyduğu, özünə məxsus olan pul kisəsinin oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Həmin pul kisəsində 26 manat pul olmuşdur. Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı X7 tərəfindən X2 müraciəti əsasında toplanmış material cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti 29-cu PB-nə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal 2, fərdi yaşayış evində yaşayan vətəndaş X10 DİN-in 102 xidmətinə və Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:00 radələrində Yasamal rayonu, M.Həsənov küçəsi ilə 211 saylı xətt marşrutunda hərəkətdə olamn zaman əl çantasının içərisinə qoyduğu, özünə məxsus olan pul kisəsinin oğurlanmsını aşkar etməsi barədə məlumat vermişdir. Avtobusa minən zaman pul kisəsində 100 manat pul və bank kartları olmuşdur. Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı X7 tərəfindən X5 müraciəti əsasında toplanmış material cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti 29-cu PB-nə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı Elmar Şahverdiyev tərəfindən 29-cu Polis Bölməsinin rəisinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 38 a, mənzil 23 ünvanında yaşayan X2 xx.xx.2021-ci il tarixli şikayətinə əsasən, Yasamal rayonu 20 Yanvar dairəsində 211 saylı xətt marşrutunda hərəkətdə olan zaman ona məxsus pul kisəsini oğurlamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı Elmar Şahverdiyev tərəfindən 29-cu Polis Bölməsinin rəisinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, fərdi yaşayış evində yaşayan X5 xx.xx.2021-ci il tarixli şikayətinə əsasən, Yasamal rayonu M.Həsənov küçəsi ilə 211 saylı xətt marşrutunda hərəkətdə olan zaman ona məxsus pul kisəsini oğurlamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 234.1.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yəni, xx xxxxxx 2021-ci tarixdən saat 22:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci tarixdən saat 22:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-571/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-571/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver