Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-571/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi «X4» MMC-nin direktoru Sun Xısının vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «X4» MMC-nin direktoru Sun Xısının vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Sun Xısı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri qərara alınmışdır. Belə ki, müvafiq qərarın məzmununa əsasən Çin Respublikasının vətəndaşı Ren Zhanmın ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişi altsisteminə xx.xx.2023-cü il tarixində daxil edilərək AR Əmək Məcəlləsinin 49-cu maddəsi 1-ci hissəsinin tələbləri pozulmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin qərarı tamamilə qanunsuz və əsassızdır. Ren Zhanmin üçün iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. ******* nömrəli iş icazəsinə əsasən Ren Zhanminə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmişdir. Bu icazə əsasında MYİ seriyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün vəsiqə verilmişdir. Müvafiq sənədlərdə icazə tarixləri xx.xx.2023-cü il göstərilsə də sənədlər onlara həmin tarixdə deyil xx.xx.2023-cü ildə təqdim olunduğundan xx.xx.2023-cü il tarixində əmək müqaviləsini bağlayıb onu sistemə daxil etmək mümkün olmamışdır. İş icazəsinin verilməsi tarixini nəzərə alaraq əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023- cü il kimi qeyd olunmuşdur. Göründüyü kimi müqavilənin bağlanmanın tarixi ilə sistemə daxil olunma tarixi arasında olan problem məhz sənədlərin gec təhvil verilməsi ilə bağlı olmuşdur. Buna uyğun olaraq da Ren Zhanmının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunması halı mövcud olmamışdır. Digər ən əsas məsələ isə müvafiq inzibati orqan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarında Ren Zhanmının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğunu bildirir. İnzibati orqanın bu şəkildə əsaslandırmasının heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi əmək müqaviləsinin tarixi iş və müvəqqəti yaşama icazələrinin qüvvəsinin başlanması tarixinə uyğun qoyulmuşdur. Yəni hüquqi baxımdan əmək müqaviləsinin tarixinin xx.xx.2023-cü il tarix kimi qeyd olunmasında heç bir pozuntu yoxdur. Digər tərəfdən isə Ren Zhanmının işlərin görülməsinə cəlb edilməsi ilə bağlı inzibati orqanın heç bir sübutu və faktı yoxdur. Çünki iş icazəsinin alınması üçün müraciət olunması və buna uyğun sənədlərin hazırlanaraq sistemə daxil edilməsi heç də Ren Zhanmının işlərə cəlb olunmasına dəlalət etmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edildiyi kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 192.1-ci maddəsinin dispoziyasindan qeyd olunan inzibati xətanın obyektiv cəhətini əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təşkil edir. İXM-nin 3-cü maddəsinin məzmunundan belə aydın olur ki, inzibati xəta tərkibi, yalnız inzibati xətanın bütün tərkib əlamətlərinin mövcud olduğu anda yaranır. İndiki halda isə nəzərə alınsa ki, "xxxx" MMC tərəfindən Ren Zhanmının əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı hər hansı sübut və əsas yoxdur ki, bu da İXM-nin 3-cü maddəsində qeyd olunan inzibati xəta tərkibinin obyektiv cəhətinin olmamasına və birbaşa 192.1-ci maddədə nəzərdə tutulan inzibati xəta tərkibnin olmamasına gətirib çıxarır. Məhkəmə iclasında şikayətçi «X4» MMC-nin direktoru Sun Xısının vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun ifadə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, inzibati orqan tərəfindən protokol tərtib edilərkən İXM-nin 127-4.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X2 bildirmişdir ki, Çin Respublikasının vətəndaşı Ren Zhanmın ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişi altsisteminə xx.xx.2023-cü il tarixində daxil edilərək AR Əmək Məcəlləsinin 49-cu maddəsi 1-ci hissəsinin tələbləri pozulmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Çin Respublikasının vətəndaşı Ren Zhanmın ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişi altsisteminə xx.xx.2023-cü il tarixində daxil edilərək AR Əmək Məcəlləsinin 49-cu maddəsi 1-ci hissəsinin tələbləri pozulmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə «X4» MMC-nin direktoru Sun Xısı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan “İşə qəbul barədə” 4 iyul 2023-cü il tarixli 045/Ş nömrəli əmrdən görünür ki, Ren Zhanmin «X4» MMC-də xx.xx.2023-cü il tarixindən tam ştat vahidi ilə əsas iş yeri olmaqla “elektrik” vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunan “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 068/Ş nömrəli əmrdən görünür ki, “Abadlıq” bölməsində “Elektrik” vəzifəsində işləyən Zhanmin Ren XXX ilə bağlanmış 45E02EO000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlıq Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Çin Respublikasının vətəndaşı Ren Zhanmın ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlansa da əmək müqaviləsi bildirişi altsisteminə xx.xx.2023-cü il tarixində daxil edilmişdir. Bununla da "xxxx" MMC-nin direktoru Sun Xısı tərəfindən Çin Respublikasının vətəndaşı Ren Zhanmın əmək müqaviləsi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsnə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İXM-nin yuxarıda qeyd edilən maddəsinin məzmunundan göründüyü kimi məcəllənin bir sıra maddələrdə nəzərdə tutulmuş inzibati xətalar müvafiq qurumun informasiya sistemi vasitəsilə aşkar edildikdə şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında inzibati protokol tərtib etmiş orqan Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İXMnin 127-4.1-ci maddəsndə nəzərdə tutulmuş icraatın aparılması ilə əlaqədar fəaliyyyəti həyata keçirmək məqsədi ilə yaradılmış müvafiq “Elektron informasiya sistemi”nin mövcudluğu, onun istifadə edilməsi, eyni zamanda inzibati xəta hadisəsinin baş verməsi ilə bağlı halların məhs həmin sistem vasitəsilə aşkar edilməsi ilə bağlı sübutlar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, «X4» MMC-nin direktoru Sun Xısı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «X4» MMC-nin direktoru Sun Xısının vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-571/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-571/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver