Məhkəmə qərarları › İş №3(004)-5710/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5710/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5710/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Çingiz oğlunun iştirakları ilə, vəzifəli şəxs Şəxs Çingiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı vəzifəli şəxs Şəxs Çingiz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5-ci maddələri ilə 22 avqust 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində aparılmış tematik yoxlama (xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir:1.Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, MMC tərəfindən 3 müştəri (CİF – 5084082, 5028962, 5013142) ilə aparılmış qeyri-adi əməliyyatlara münasibətdə Bank tərəfindən müvafiq araşdırma aparılmamış, təhlil hesabatları tərtib edilməmiş və şübhəli hallar barədə maliyyə monitorinqi orqanına məlumat təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. səh 6, Əlavə 1). 1.2 ƏL/TMM Qanununun 4.5.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsini davamlı olaraq həyata keçirməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, Bank tərəfindən vəsaitin mənbəyi araşdırılmayan və ya müştəri profilinə uyğun gəlməyən yüksək məbləğdə nağd valyuta əməliyyatları icra edən 3 sayda müştəriyə (FİN: 5HWNV2R, 2DD64E6, 18HPDHW), yüksək məbləğdə və ya intensivlikdə kartdan karta köçürmə əməliyyatlarını icra edən 5 sayda müştəriyə münasibətdə müvafiq təhlillər həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. səh 7, Əlavə 2). 1.3 ƏL/TMM Qanunun 9.1ci maddəsinə görə yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda və digər ödəniş xidməti təchizatçılarında hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.Yoxlama zamanı aşkar edilmişdir ki, Bank tərəfindən 3 halda köçürmə, 1 halda isə daxilolma əməliyyatlarında göndərək və ya alan ölkə yüksək riskli zonalar olsa da, həmin şəxslərə münasibətdə ƏL/TMM Qanununun 9.5 və 9.6-cı maddələrinə və MMX-nın yüksək riskli zonaların və onlara münasibətdə öhdəlik daşıyan şəxslər tərəfindən tətbiq edilməli məhdudiyyətlərin və xüsusi tələblərin siyahısına uyğun olaraq gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin bütün tələbləri tətbiq edilməmişdir (Yoxlama haqqında hesabat. səh 7, Əlavə 4). 1.4 ƏL/TMM Qanunun 6.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. Seçmə üsulla yoxlama zamanı müəyyən edilmişdir ki, 25 sayda müştərinin son 5 il ərzində hesabları bağlansa da, bu müştərilərə münasibətdə onların eyniləşdirmə və verifikasiya sənədləri, o cümlədən hesabaçma sənədləri qorunub saxlanılmamışdır (Yoxlama haqqında hesabat. Səh 8-9). 1-ci bənddə qeyd edilən 40 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1 “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 1.4-cü və 2.1.1-ci yarımbəndlərinə görə öhdəlik daşıyan şəxslərin daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir:•öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi (2.1.1.6-cı yarımbənd); •yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi (2.1.1.10-cu yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bankın rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin ƏL/TMM-ə dair öhdəlik və vəzifələri müəyyənləşdirilməmiş (məsələn, Müşahidə Şurasının sədri və üzvlərinin, struktur vahidlərin öhdəlik və vəzifələri), Bankda yeni məhsul və ya xidmət yaradılarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TMM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasını təmin edən daxili qayda və prosedurlar təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 12).2.2 DNP-nin 2.1.2-ci yarımbəndinə görə qayda, prosedur və nəzarət mexanizmləri öhdəlik daşıyan şəxslərin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığı təmin edilməlidir. Öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2023-cü il tarixli Qərarı ilə “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” təsdiq edilsə də, X4 28.09.200-cu il tarixli “”Azfinansbank” ASC-də milli valyutada nağdsız hesablaşmaların aparılmasına dair Prosedurlar”, “”Azfinansbank” ASCdə xarici valyutada nağdsız hesablaşmaların aparılmasına dair Prosedurlar” və “”Azfinansbank” ASC-də təcili pul köçürmə əməliyyatlarının aparılmasına dair Prosedurlar”da müvafiq qanunuvericilik dəyişiklikləri nəzərə alınaraq yenilənməmişdir (Yoxlama haqqında hesabat. Səh 12).2.3 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, daxili qaydalarda öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi barədə məlumatın nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 12). 2.4ƏL/TMM Qanununun 21.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar. DNP-nin 2.9.3cü yarımbəndində öhdəlik daşıyan şəxslərdə institusional risk qiymətləndirilməsinin ən azı hansı hissələri əhatə etməli olduğu göstərilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən 2023 və 2024-cü illər üzrə institusional risk qiymətləndirilməsi zamanı ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələri nəzərə alınmamış, xx.xx.2023-cü il tarixli “”AFB Bank” ASC-də ƏLT/TMM üzrə institusional risk qiymətləndirilməsi metodologiyası”nda DNP-nin 2.9.3-cü yarımbəndinin tələbləri nəzərə alınmamışdır (Yoxlama haqqında hesabat. Səh 10, Əlavə 5.2). 2.5 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır.Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorları) müəyyən edilsə (yenilənsə) də, meyarlar (indikatorlar) müəyyən edildikdən (yeniləndikdən) sonra MMX-ya təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2.6 DNP-nin 4.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir:Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq (4.2.3.1-ci yarımbənd);öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq (4.2.3.2-ci yarımbənd); benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər 4.2.3.4-cü yarımbənd); şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.5-ci yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən 2023-2024-cü illərdə yuxarıda göstərilən mövzularda müvafiq təlimlər təşkil edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2.7 DNP-nin 4.2.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilir. Bu siyahıya hər bir halda öhdəlik daşıyan şəxsin aşağıdakı işçiləri daxil edilməsi nəzərdə tutulmalıdır: rəhbərlik (4.2.5.1-ci yarımbənd); • aidiyyəti struktur bölmələrin rəhbərləri (4.2.5.2-ci yarımbənd); hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları (4.2.5.4-cü yarımbənd); öhdəlik daşıyan şəxsin müştərilərə bilavasitə xidmət göstərən işçiləri (4.2.5.5ci yarımbənd); öhdəlik daşıyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər işçiləri (4.2.5.6-cı yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən təlim keçməli olan işçilərin siyahısı təsdiq edilməmiş, rəhbərlik, aidiyyəti struktur bölmələrin rəhbərləri, hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları, müştərilərə bilavasitə xidmət göstərən işçilər, öhdəlik daşəyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər işçiləri siyahıya daxil edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3.1. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:- müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); -siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməlidirlər (7.1.2-ci maddə); müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməlidir (7.1.3-cü maddə);-siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə); Seçmə üsulla yoxlama zamanı müəyyən edilmişdir ki, Bankda 5 müştərilərin “World Check” bazasında və 1 halda apardığı əməliyyatlarda ƏL/TMM Qanununun 1.1.24 və 1.1.25-ci maddələrinə, həmçinin Bankın daxili qaydalarına uyğun gələn siyasi nüfuzlu şəxs və ya onun yaxın qohumu olmasına baxmayaraq, Bankda siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və yaxın münasibətdə olduğu şəxs kimi qiymətləndirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 3-cü bənddə qeyd edilən 6 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (30 müştəri üzrə), 598.1.2-ci və 598.1.5-ci (6 müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Daxili nəzarət və komplayens strukturunun direktoru Şəxs Çingiz oğlu tərəfindən Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2021 – xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Beləliklə məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Çingiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 protokolla eyni məzmunlu izahat verdi və vəzifəli şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Çingiz oğlu özünü yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsilə qismən təqsirli bilməklə qeyd etdi ki,o, AFB Bank ASC-nin Daxili nəzarət və komplayenes strukturunun direktorudur. Yoxlama zamanı aşkar edilən əməliyyatlar və müştərilər şübhəli müştəri və şübhəli əməliyyatlar olmamışdır. Həmin şəxslər bizneslə məşğul olan şəxslərdir, əməliyyat aparılan məbləğlər isə ailə üzvləri və yaxın dostlar arasında aparılmış, çox da böyük olmayan əməliyyatlardır. Protokolda qeyd olunan hallar bankın yoxlayıcılarının şəxsi mülahizələridir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsilə yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs Çingiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 22 avqust 2025-ci il tarixli EQ ******* saylı protokoldan görünür ki, vəzifəli şəxs Şəxs Çingiz oğluAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində aparılmış tematik yoxlama (xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir:1.Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, MMC tərəfindən 3 müştəri (CİF – 5084082, 5028962, 5013142) ilə aparılmış qeyri-adi əməliyyatlara münasibətdə Bank tərəfindən müvafiq araşdırma aparılmamış, təhlil hesabatları tərtib edilməmiş və şübhəli hallar barədə maliyyə monitorinqi orqanına məlumat təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. səh 6, Əlavə 1). 1.2 ƏL/TMM Qanununun 4.5.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsini davamlı olaraq həyata keçirməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, Bank tərəfindən vəsaitin mənbəyi araşdırılmayan və ya müştəri profilinə uyğun gəlməyən yüksək məbləğdə nağd valyuta əməliyyatları icra edən 3 sayda müştəriyə (FİN: 5HWNV2R, 2DD64E6, 18HPDHW), yüksək məbləğdə və ya intensivlikdə kartdan karta köçürmə əməliyyatlarını icra edən 5 sayda müştəriyə münasibətdə müvafiq təhlillər həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. səh 7, Əlavə 2). 1.3 ƏL/TMM Qanunun 9.1ci maddəsinə görə yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda və digər ödəniş xidməti təchizatçılarında hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.Yoxlama zamanı aşkar edilmişdir ki, Bank tərəfindən 3 halda köçürmə, 1 halda isə daxilolma əməliyyatlarında göndərək və ya alan ölkə yüksək riskli zonalar olsa da, həmin şəxslərə münasibətdə ƏL/TMM Qanununun 9.5 və 9.6-cı maddələrinə və MMX-nın yüksək riskli zonaların və onlara münasibətdə öhdəlik daşıyan şəxslər tərəfindən tətbiq edilməli məhdudiyyətlərin və xüsusi tələblərin siyahısına uyğun olaraq gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin bütün tələbləri tətbiq edilməmişdir (Yoxlama haqqında hesabat. səh 7, Əlavə 4). 1.4 ƏL/TMM Qanunun 6.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. Seçmə üsulla yoxlama zamanı müəyyən edilmişdir ki, 25 sayda müştərinin son 5 il ərzində hesabları bağlansa da, bu müştərilərə münasibətdə onların eyniləşdirmə və verifikasiya sənədləri, o cümlədən hesabaçma sənədləri qorunub saxlanılmamışdır (Yoxlama haqqında hesabat. Səh 8-9). 1-ci bənddə qeyd edilən 40 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1 “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 1.4-cü və 2.1.1-ci yarımbəndlərinə görə öhdəlik daşıyan şəxslərin daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir:•öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi (2.1.1.6-cı yarımbənd); •yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi (2.1.1.10-cu yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bankın rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin ƏL/TMM-ə dair öhdəlik və vəzifələri müəyyənləşdirilməmiş (məsələn, Müşahidə Şurasının sədri və üzvlərinin, struktur vahidlərin öhdəlik və vəzifələri), Bankda yeni məhsul və ya xidmət yaradılarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TMM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasını təmin edən daxili qayda və prosedurlar təsdiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 12).2.2 DNP-nin 2.1.2-ci yarımbəndinə görə qayda, prosedur və nəzarət mexanizmləri öhdəlik daşıyan şəxslərin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığı təmin edilməlidir. Öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2023-cü il tarixli Qərarı ilə “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” təsdiq edilsə də, X4 28.09.200-cu il tarixli “”Azfinansbank” ASC-də milli valyutada nağdsız hesablaşmaların aparılmasına dair Prosedurlar”, “”Azfinansbank” ASCdə xarici valyutada nağdsız hesablaşmaların aparılmasına dair Prosedurlar” və “”Azfinansbank” ASC-də təcili pul köçürmə əməliyyatlarının aparılmasına dair Prosedurlar”da müvafiq qanunuvericilik dəyişiklikləri nəzərə alınaraq yenilənməmişdir (Yoxlama haqqında hesabat. Səh 12).2.3 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, daxili qaydalarda öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi barədə məlumatın nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 12). 2.4ƏL/TMM Qanununun 21.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar. DNP-nin 2.9.3cü yarımbəndində öhdəlik daşıyan şəxslərdə institusional risk qiymətləndirilməsinin ən azı hansı hissələri əhatə etməli olduğu göstərilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən 2023 və 2024-cü illər üzrə institusional risk qiymətləndirilməsi zamanı ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələri nəzərə alınmamış, xx.xx.2023-cü il tarixli “”AFB Bank” ASC-də ƏLT/TMM üzrə institusional risk qiymətləndirilməsi metodologiyası”nda DNP-nin 2.9.3-cü yarımbəndinin tələbləri nəzərə alınmamışdır (Yoxlama haqqında hesabat. Səh 10, Əlavə 5.2). 2.5 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır.Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorları) müəyyən edilsə (yenilənsə) də, meyarlar (indikatorlar) müəyyən edildikdən (yeniləndikdən) sonra MMX-ya təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2.6 DNP-nin 4.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir:Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq (4.2.3.1-ci yarımbənd);öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq (4.2.3.2-ci yarımbənd); benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər 4.2.3.4-cü yarımbənd); şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.5-ci yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən 2023-2024-cü illərdə yuxarıda göstərilən mövzularda müvafiq təlimlər təşkil edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2.7 DNP-nin 4.2.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilir. Bu siyahıya hər bir halda öhdəlik daşıyan şəxsin aşağıdakı işçiləri daxil edilməsi nəzərdə tutulmalıdır: rəhbərlik (4.2.5.1-ci yarımbənd); • aidiyyəti struktur bölmələrin rəhbərləri (4.2.5.2-ci yarımbənd); hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları (4.2.5.4-cü yarımbənd); öhdəlik daşıyan şəxsin müştərilərə bilavasitə xidmət göstərən işçiləri (4.2.5.5ci yarımbənd); öhdəlik daşıyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər işçiləri (4.2.5.6-cı yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən təlim keçməli olan işçilərin siyahısı təsdiq edilməmiş, rəhbərlik, aidiyyəti struktur bölmələrin rəhbərləri, hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları, müştərilərə bilavasitə xidmət göstərən işçilər, öhdəlik daşəyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər işçiləri siyahıya daxil edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 13). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3.1. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:- müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); -siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməlidirlər (7.1.2-ci maddə); müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməlidir (7.1.3-cü maddə);-siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə); Seçmə üsulla yoxlama zamanı müəyyən edilmişdir ki, Bankda 5 müştərilərin “World Check” bazasında və 1 halda apardığı əməliyyatlarda ƏL/TMM Qanununun 1.1.24 və 1.1.25-ci maddələrinə, həmçinin Bankın daxili qaydalarına uyğun gələn siyasi nüfuzlu şəxs və ya onun yaxın qohumu olmasına baxmayaraq, Bankda siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və yaxın münasibətdə olduğu şəxs kimi qiymətləndirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). 3-cü bənddə qeyd edilən 6 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (30 müştəri üzrə), 598.1.2-ci və 598.1.5-ci (6 müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Daxili nəzarət və komplayens strukturunun direktoru Şəxs Çingiz oğlu tərəfindən Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2021 – xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə sə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1- ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və vəzifəli şəxs Şəxs Çingiz oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir İş materiallarındanda göründüyü kimi, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.6.2-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.4-cü maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirməlidirlər. MMC-də aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs olan 25 müştəriyə münasibətdə bu tələbə əməl edilməmiş, müştərilərin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqındaşəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti əldə edilməmişdir (Yoxlama haqqında hesabat. səh 47). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və vəzifəli şəxs Şəxs Çingiz oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir İş materiallarındanda göründüyü kimi, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.6.2-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.4-cü maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirməlidirlər. MMC-də aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 12 müştəriyə münasibətdə bu tələbə əməl edilməmiş, müştərilərin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqındaşəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti əldə edilməmişdir (Yoxlama haqqında hesabat. səh 47). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsininci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məhkəmədə vəzifəli şəxs Şəxs Çingiz oğlu oğlunun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan normaların məzmununa uyğun olaraq vəzifəli şəxs Şəxs Çingiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə münasibətdə sanksiyada nəzərdə tutulmuş iyirmi min manat cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Vəzifəli şəxs Şəxs Çingiz oğlu oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar