Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5719/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) – “X14” MMC-nin etibarnamə üzrə nümayəndəsi, “X14” MMC-nin hüquqi məsələlər üzrə direktor müavini X11 və “X14” MMC-nin etibarnamə üzrə nümayəndəsi, “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X5 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X8” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək ... alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik" kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız... “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”... "A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pulun cavabdeh Şəxsndən tutularaq iddiaçı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, ancaq Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq isə Şəxs MMC tərəfindən sözügedən icra sənədinin qəsdən icra edilmədiyini, könüllü icra üçün verilən xəbardarlığa məhəl qoyulmadığını və bununla da inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanında baş verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar “X14” MMC-nin etibarnamə üzrə nümayəndəsi, “X14” MMC-nin hüquqi məsələlər üzrə direktor müavini X11 bildirdi ki, borclu qəsdən öhdəliyindən boyun qaçırır, odur ki, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar “X14” MMC-nin etibarnamə üzrə nümayəndəsi, “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili X3 bildirdi ki, borclu qəsdən öhdəliyindən boyun qaçırır, odur ki, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X10 izahatında göstərmişdir ki, protokol əsassız olaraq tərtib edilmişdir, protokol tərtib olunarkən AR İXM-nin tələbləri pozulmuş, onun iştirakı təmin edilməmişdir, ona görə də protokol geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X8” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək ... alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik" kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız... “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”... "A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pulun cavabdeh Şəxsndən tutularaq iddiaçı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, xx.xx.2024-cüil tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə: borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması, qərarın surətinin onun qəbul edildiyi vaxtdan 1 (bir) gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilməsi qərara alınmışdır; “Qeyri-əmlak xarakterli tələblə bağlı icra ödənişinin alınması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-dən 500 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır; 25 iyul 2025-ci il tarixdə Şəxs MMC-yə icra sənədini icra etmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlıq edilmiş, xəbərdarlıq xx.xx.2025-ci il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir; Şəxs MMC-nin qanuni təmsilçisi X5 icra şöbəsində verdiyi izahatdan görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olmadığını, icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra edə bilməməyinin səbəbi kimi icra prosesinin xüsusi hazırlanmalı olduğunu, iş çoxluğu və səhhəti ilə bağlı vaxt ayıra bilmədiyini, ödəməli olduğu 500 azn-ə yaxın məbləği şikayətçinin hesabına sabah gün ərzində ödəyəciyini qeyd etmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatından çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN: **********-dir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata müvafiq olaraq 24 iyun 2025-ci il tarixli qərarla başlanılmışdır. Borclu təşkilat tərəfindən isə icra müddəti ərzində öhdəlik icra edilməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlığı imzalayaraq rəsmi şəkildə əldə etməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan öhdəlik icra edilmədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı borclu Şəxs MMC-nin bu günədək öhdəliyini icra etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X10 protokolun AR İXM-nin tələblərinə uyğun olaraq tərtib olunmamasını bildirərək geri qaytarılmasını xahiş etmişdir, lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər məhkəmə iclasında “prosessual qənaət” prinsipinə uyğun olaraq aradan qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair plenum qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun, tələbkarın nümayəndələrinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin izahatlarını, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-977/2024 icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5719/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5719/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver