Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5728/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, X15 küçəsi, bina 127, mənzil 162 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi A1, “X8” Bloka A1, mənzil 61 ünvanında yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-258/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 10 iyul 2015-ci il təvəllüdlü X7 adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya təlbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Nəticədə borclu X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 öz izahatında göstərmişdir ki, onun tərəfindən icra sənədi icra olunur və onun icra sənədinə dair heç bir etirazı yoxdur, lakin icra vərəqəsinin onun tərəfindən icra olunması faktiki mövcud deyildir. O, oğlu Səlimli Tərlanın atası ilə görüşməsinə müdaxilə etmir və heç bir maneəçilik törətmir. Hər dəfə atası görüşə gələn zaman ağlayaraq getmək istəmədiyi bildirir. Öz evlərində də dəfələrlə görüş imkanı yaratsa da, sonu Namiq Səlimovun onları ölümlə hədələməsi ilə bitirdi. Buna görə də oğlu atası ilə görüşmək istəmirdi. Namiq Səlimoun oğlu ilə bağ qura bilməməsinin səbəbkarı özüdür. Oğlu atasını sevmədiyini, ondan qorxduğunu dəfələrlə ağlayaraq deyir və ona görə də onunla görüşü getmək istəmədiyini bildirir. Belə olan halda qərarın icrası ondan asılı olmayan səbəbdən yəni azyaşlı uşaqlarının atası ilə görüşmək istəməməsi səbəbindən baş tutmamışdır. Bu səbəbdən onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X4 bildirmişdir ki, hesab edir ki, Tərlanın onunla görüşmək istəməməsinin səbəbi Sevinc Məmmədovanın ona etdiyi təsirlərdir. X3 oğlu Tərlan ilə onun ünsiyyətdə olmalarına maneə törətdiyi və icazə vermədiyi üçün barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. .Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, S.A.Məmmədovanın barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 258/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 10 iyul 2015-ci il təvəllüdlü X7 adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-258/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 10 iyul 2015-ci il təvəllüdlü X7 adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilməlidir. Həmin icra sənədi əsasında xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. X9 icraya maneçilik törətdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda X9nın həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmədə icra məmuru uşaqla atanın ünsiyyətdə olması ilə bağlı mütəxəssisin iştirakı ilə görüşü baş tutmuş və orada uşağla atanın ünsiyyətinə mane olan hal və ya hərəkət müəyyən edilməmişdir. İcra məmuru məhkəmədə borclunun icraya maneçiliyinin nədə ifadə olunduğunu izah edə bilməmiş, yalnız şəxsi mülahizə və şübhələrinə əsaslanmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı X9nın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə həm də xüsusi olaraq qeyd edir ki, şəxsin yalnız icra məmurunun subyektiv mülahizə və əsassız şübhələrinə əsaslanmaqla inzibati qaydada təqsirli bilinməsi onun barəsində gələcəkdə əsassız cinayət təqibinin başlanmasına əsas ola bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Sevinc Məmmədovanın əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Sevinc Məmmədova barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Sevinc Məmmədovanın əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5728/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5728/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver