Məhkəmə qərarları › İş №3(004)-5733/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5733/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5733/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis kapitanı X2, tərcüməçi X1, Qərardan şikayət edən şəxs – Dilci Necatın iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Dilci Necatın Bakı şəhəri Yasamal rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Dilci Necat Bakı şəhəri Yasamal rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cii il tarixdə, saat 19:15 radələrındə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişməsində “TOYOTA RAV-4 minik” markalı, 77BD551 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən HYUNDAİ markalı 10 GO-061 markalı avtomobilin əks tərəfdən gələrək onun avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Yasamal Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və araşdırmanın nəticəsi olaraq onun barəsində inzibati tənbeh vermə haqqında TP6915965 saylı Qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq olunmuşdur.Halbuki qəza HYUNDAİ 10 GO-061 markalı avtomobilin sürücüsü Qaçayev Aminin ehtiyyatsızlığı və əks istiqamətdə hərəkət etməsi nəticəsində baş vermişdir. Hesab edir ki, onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP6915965 saylı qərar qanunsuz və əsassızdır. Odur ki, barəsində tərtib edilmiş TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi Dilci Necat, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis kapitanı X3 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə «Toyota Rav-4 minik» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişməsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 75 və 76 maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydaları pozulmuşdur. Buna görə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuşdur.Eyni zamanda hadisə baş verdikdən sonra tərtib edilmiş sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, şikayətçi Dilci Necat ilkin izahatında yol ayrıcında dayanmadığını və hərəkətdə olduğunu bildirmişdr. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi Hyundai markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərgərpalan küçəsi ilə hərəkət edib sağa Ç.Mustafayev küçəsinə dönüb 15-20 metr getdikdən sonra getdiyi ünvanın həmin küçədə olmadığı xatırlayıb geriyə dönmüş və Zərgərpalan küçəsi istiqamətində hərəkətinə davam etmişdir. Bu zaman sağ tərəfdən kiminsə gəlmədiyinə əmin olub yol ayrıcına daxil olmuşdur. Lakin sol tərəfdən gələn “TOYOTA” markalı, 77BD551 dövlət qeydiyyat nişanlı avtomobil ona yol verməli olduğu halda onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Dilci Necat xx.xx.2023-cü il tarixdə «Toyota Rav-4 minik» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişməsi istiqamətində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydaları pozduğuna görə barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrində imperativ qaydada qeyd edilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Dilci Necat xx.xx.2023-cii il tarixdə, saat 19:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişməsində hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta ilə bağlı xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Dilci Necat tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Yasamal rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Dilci Necatın Bakı şəhəri Yasamal rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar