Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5746/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvana gəlinərək, guya ki, tikinti aparılan sahədə bir ədəd heyva ağacı kəsməyi səbəbi ilə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi əsasında inzibati qaydada 2200 (iki min iki yüz) manat məbləğində cərimə tətbiq edilmiş, 720 (yeddi yüz iyirmi) manat məbləğində ziyan hesablanmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərar poçt vasitəsi ilə göndərilmiş və tərəfindən xx.xx.2024-cü il tarixdə Yasamal rayonunda yerləşən poçtdan götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun yaşadığı ünvan 1 ünvanıma gələrək, həyətyanı sahədə yerləşən ərazidə tikinti işi aparıldığını və yoxlama aparmaq istədiklərini bildirmişlər. O həmin şəxslərə şərait yaratmış və həmin əraziyə baxış keçirtmişlər. Sonra isə ona “burada tikintini siz aparırsınızmı” deyə sual vermişlər və o cavabında “bəli” deyə onlara bildirmişdir. Sonra həmin şəxslər boş sənəd gətirərək ona bura imza atmağını bildirmişlər və o “nə üçün imza atmalıyam?” deyə soruşduqda, “problemli heç nə yoxdur, sadəcə baxış keçirdirdik, imza atın biz gedək” dəyə cavabladırmışlar və o sənədə imza atmışdır. Daha sonra sənədi doldurub ona təqdim edərək getmişlər. Daha sonra ona məlum olmuşdur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun barəsində həmin yerdə kəsilmiş olan heyva ağacının guya onun tərəfindən kəsildiyini müəyyən edərək barəsində protokol qəbul etmişlər. Onun yaşadığı ünvan 1 ünvanı hasara alınmış bir məhlədə bir neçə qonşu evlərin yerləşdiyi ərazidir. Artıq 30 ildən artıq müddətdir ki, həmin ünvanda yaşayır. Göstərilən ağacı isə o kəsməmişdir. Həmin yerdə qonşular və onun özü tərəfindən bir çox ağac əkilmişdir. Həmin ağacın kim tərəfindən, nə zaman kəsildiyini isə bilmir. Ağacın onun tərəfindən kəsildiyinə dair heç bir sübutu olmayan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun hüquqi savadsızlığından istifadə edərək və yanlış məlumatlandıraraq ona boş sənədə imza atdırmışlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərə uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə ərizə ilə müraciət edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəmə iclaslarının onların iştirakı olmadan davam etdirilməsini xahiş edərək müvafiq sənədləri məhkəməyə təqdim etmişlər. Göstərilənləri nəzərə alaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 rayonu, Rahib Tağıyev küçəsi, ev 40 ünvanında tikinti işləri zamanı 01 (bir) ədəd köküstə yaş (d=11 sm) heyva ağacının kəsilərək məhv edildiyi aşkar edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdəndə barəsində 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 17 sentyabr 2024-cü il tarixli 86794 nömrəli aktdan görünür ki, X10 tərəfindən daxil olmuş ərizə əsasında ünvan 1 ünvanına baxış keçirilərək X6 tərəfindən 01 ədəd heyva ağacının kəsildiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 86794 saylı akta əsasən yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlinə əsasən 01 ədəd heyva ağacı d=11 sm 240.0x1x3 (Bakı şəhəri ərazisi) 720 manat müəyyən edilmişdir. X6 tərəfindən verilmiş izahatdan görünür ki, yaşadığı ünvanda tikinti işləri aparan zaman 01 ədəd heyva ağcı maneəçilik törətdiyinə görə kəsmişdir. Yaşadığı evin və torpaq sahəsinin çıxarışı yoxdur. Ağacın kəsilməsinin qanunsuz olduğunu bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X6 ünvan 1 ünvanında bir ədəd heyva ağacını kəsmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X6in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2in Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5746/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5746/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver