Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5768/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X3, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X1 vəkili X2 iştirakı ilə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar onun və ya onun rəsmi nümayəndəsinin iştirakı olmadan qəbul edilmişdir. Həmçinin o, 15 oktyabr 2021-ci il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktor təyin olunmuşdur. Mərkəzə direktor təyin olunduqdan, yəni 15 oktyabr 2021-ci ıl tarixindən öncə Mərkəzin fəaliyyəti ilə bağlı baş vermiş hər hansı bir inzibati xətaya görə barəsində inzibatı cərimə tənbeh növünün tətbiq edilməsi qəbul edilməzdir. X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində əsassız olaraq protokol tərtib edilərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən cərimə olunmuşam. Həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibatı cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verilən şikayət 26 iyul 2022-cı il tarixli **********7/22 nömrəli qərardadla şikayət onu vermək hüquq olmayan şəxs tərəfindən verildiyinə görə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibatı cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ona yox “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ə göndərilmişdir. Həmin Qərar “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ə 06 iyul 2022-ci il tarixində daxıl olmuşdur. Qeyd edilən tarixdə həm “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ yeni inzibatı binaya köçməsi, həm də onun ezamiyyətdə olmağı səbəbindən şikayətin tərəfindən verilməsi mümkün olmamışdır. Həmçinin 26 iyul 2022-ci il tarixli **********7/22 nömrəli qərardad 17 avqust 2022- ci il tarixli müşayiət məktubu ilə “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ə 31 avqust 2022ci il tarixində daxil olmuşdur. Göründüyü kimi qərardadın göndərilməsində də prosessual müddətlər ötürülmüşdür. Qeyd edilən Qərardaddan tərəfindən 7 sentyabr 2022-cı il tarixdə şikayət ərizəsi yazılaraq buraxılmış müddətin bərpası ilə bağlı vəsatətlə birlikdə 7 sentyabr 2022-ci ıl tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilmişdir. Lakın X9 Xidməti növbəti dəfə 29 sentyabr 2022-ci il tarixli Qərardadla vəsatəti təmin etməmiş və şikayəti geri qaytarmışdır. X9 Xidməti tərəfindən növbəti dəfə də Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 136.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmət tərəfindən barəmdə qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X1 vəkili X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin dəlilləri əsasında və clbetmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X8 bildirmişdir ki, vətəndaş X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir. Eyni zamanda son haqq-hesabı sonuncu iş günü ödənilməmişdir. Göstərilənlərə əsasən X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin protokolu müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X4 tərəfindən vətəndaş X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilmişdir. Ona görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 03 dekabr 2018-ci il Əmək müqaviləsinin surətindən görünür ki, 5 nömrəli Uşaq poliklinikasının baş həkimi X5 - işçi çalışmanın yaş həddinə çatması səbəbindən onunla müddətli yəni xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək bir illik əmək müqaviləsi bağlanmışdır. Sonradan bir il müddətinə yenidən uzadılmış, sonuncu dəfə isə onunla xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək bir illik əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, 5 nömrəli Uşaq poliklinikasının baş həkimi X5 ilə müddətli yəni xx.xx.2022-ci il tarixədək olan əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Maddədə həmin əsaslardan biri kimi əmək müqaviləsinin müddətinin qurtarması qeyd edilir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisə olmuş 5 nömrəli Uşaq poliklinikasında baş həkim vəzifəsində işləmiş X5 həmin müəssisədə çalışmanın son həddinə çatmasına görə yəni 65 yaşına çatmasına gərə onunla mövcud olan müddətsiz əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək bir illik əmək müqaviləsi ilə əvəz edilmişdir. Sonradan həmin qaydada hər dəfə bir il müddətinə olmaqla iki dəfə sonuncu dəfə isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin müddətdən sonra isə əmək müqaviləsi uzadılmamışdır. İnzibati qərar qəbul etmiş orqanın qənaətinə görə müddətsiz əmək müqaviləsi olan lakin çalışmanın son həddinə çatmış (65 yaşına çatmış) işçinin əmək müqaviləsi ilkin olaraq ləğv edilməli, yalnız bundan sonra onunla müddətli əmək müqaviləsi bağlanmalı idi və bu hal baş vermədiyi üçün əmək qanunvericiliyinin pozuntusu hadisəsinin baş verməsi qənaətinə gəlinərək inzibati protokol tərtib olunaraq müvafiq qərar qəbul edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutlmuş dispozitiv şərtlər o vaxt yaranmış, mövcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyini təsdiq edən sübut və dəlillər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmış olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müddətsiz əmək müqaviləsi olan lakin çalışmanın son həddinə çatmış (65 yaşına çatmış) işçinin əmək müqaviləsi ilkin olaraq ləğv edilməli, yalnız bundan sonra onunla müddətli əmək müqaviləsi bağlanmalı olmasına dair hər hansı bir müddəa, tələb və ya norma yoxdur. Digər tərəfdən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati qərarda hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqavilələrinin bağlanması ilə işəgötürənin əmək qanunvericiliyinin hansı normasını pozduğunu konkret göstərməməsi, ümumiyyətlə bu halı öz qərarında əsaslandırmaması belə pozuntunun mövcud olmamasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, hətta əmək qanunvericiliyinin pozulması halının baş verdiyi, törədildiyi ilə razılaşmalı olunsa belə iş materiallarına əsasən həmin xətanın baş verməsi vaxtı xx.xx.2018-ci il tarixə təsadüf edir (müddətsiz əmək müqviləsinin maddətli ilə əvəz edildiyi tarix) və həmin tarixdə baş vermiş inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında qərar isə AR İXM-nin 38.1ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə), 29 iyun 2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5768/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5768/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver