Məhkəmə qərarları › İş №3(004)-5769/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5769/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5769/2025 10.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X2, Qərardan şikayət verən şəxs X3 iştirakları ilə, Qərardan şikayət verən şəxs X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs şikayətində göstərmişdir ki, 26 may 2025-ci il tarixdə AQTA-nın Bakı RB rəis vəzifəsini m.v.i.e Hesənov Rəşad tərəfindən “X9” MMC-nin direktoru X5 Bakı RB edilmiş xx.xx.2025-ci il tarixli İD********** nömrəli müraciətlə idxal olunmuş və sınaq nəticələrinə dair protokolda zərərli orqanizm aşkarlandığından İXM-in 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min)manat məbləğində cərimə edilmişdir. Bildirir ki, inzibati xətadan hazırki günlərdə məlumat əldə etmişdir. Bildirir ki, tərəfindən heç bir inzibati xəta haqqında hadisəsi törədilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında icraat başlanıla bilməz və inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilə bilməzdi. Odur ki, “X9" MMC nin direktoru X5 barəsində MN ******* saylı, 26 may 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verən şəxs verdiyi izahatında göstərmişdir ki, cərimə ilə razı deyil və qərarın ləğv edilməsini tələb edir. Belə ki, yoxlanılan mallar onsuzda məhv edilib. Belə olduğu halda məhv edilən mallara görə bu qədər cərimə əsassızdır. Əlavə olaraq qərardan şikayət verən şəxs dövlət qurumu tərəfindən tərtib edilən aktdan məlumatlı olduğunu, malların sadəcə 3 hissəyə bölündüyünü bildirmişdir. Mallara toxunulmaması barədə məlumatlı olduğu halda sadəcə hissə-hissə malları müxtəlif yerlərə ayırmışdır. Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 bildirdi ki, şikayət əsassızdır, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, ölkəyə şirkət tərəfindən idxal olunmuş məhsullardan labarator nümunə götürülür və cavab gələnə kimi mallara toxunulmaması barədə akt tərtib edilir. Şirkətin nümayəndəsi bu prosesdə iştirak edir. Labarator nümunələr müsbət olmamış, daha sonra isə mallara baxış keçirilmiş və nəticədə malların həmin ambarda olmadığı müəyyən edilmişdir. Bu isə qanun pozuntusudur. Şirkət nümayəndələri malların yerini dəyişməməli idilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılmasını və X3 şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 İXM-in 544.2-ci maddəsi ilə (istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) təqsirli bilinərək 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Bakı RB-yə edilmiş xx.xx.2025-cü il tarixli İD ********** nömrəli müraciətlə ölkəyə idxal olunmuş və sınaq nəticəsinə dair protokolda zərərli orqanizm aşkarlanan (kartof) məhsul partiyasına qəbul olunan icrası məcburi tapşırıqlar X5 tərəfindən icra edilməmişdir. Beləliklə də şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar