Məhkəmə qərarları › İş №3(004)-577/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-577/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-577/2022 28.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1 BNA-nın 07.01.2022-ci il tarixli, BNA ******* saylı və 11.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, BNA-nın 07.01.2022-ci il tarixli, BNA ******* saylı və 11.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, iki müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş iki müxtəlif inzibati xətaya görə X1 barəsində tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrıayrılıqda şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 BNA-nın 07.01.2022-ci il tarixli, BNA ******* saylı və 11.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti geri qaytarılsın. Şikayəçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Hakim: Murad Məmmədov İş № 3(004)-577/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL 28.01.2022-ci il Bakı şəhəri Hakim Məmmədov Murad Akif oğlu, X1 BNA-nın 07.01.2022-ci il tarixli, BNA ******* saylı və 11.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar