Məhkəmə qərarları › İş №3(004)-5771/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5771/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5771/2025 08.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlu qızının katibliyi, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair şikayətçi Əliyev Anar Mirhüseyin oğlu tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə Əliyev Anar Mirhüseyin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. Şikayətçi Əliyev Anar Mirhüseyin oğlu DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Müddətin bərpasına dair verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, Akim Abbasov küçəsində işə gedərkən yolda olan qırıq qırıq xətləri görmüş və sola yaşayış məntəqəsinə dönmüşdür. Bu zaman DYP əməkdaşı Məmmədov Elşən dur əmrinə tabe olub və uyğun yerdə dəyanmışdır. DYP əməkdaşı ona qayda pozduğunu bildirdiyində o isə cavabında bildirmişdir ki, orda qırıq qırıq xətlər var və hər gün yüzlərlə vətəndaş burdan sola dönür və bu da qanunvericiliyə əsasən ona imkan verirki o ordan sola dönsün. Bu etirazına gülərəkdən dedi ki o qırıq qırıq xət köhnədir, boyanın rəngi gedib. O inspektora bildirmişdir ki, yol patrul xidməti haqqında təlimata əasasən yol nişanlarında ki qüsurlar, silinmiş xətlərdə yaranmış qüsurlar barədə üst quruma raport verməlisiniz ki, vətəndaş ikiləmdə qalıb çaşqınlığa səbəb olmasın. Bununla bağlı siz raport yazdınızmı ki qüruslar aradan qaldırılsın? Yenədə ona gülərək bildirdi ki, yolda qüsur varsa GET AYNAYA ŞİKAYƏT ET. O da bildirmişdir ki ona yazılacaq ədalətsiz protokola görə onu şikayət edəcək. İnspektor ona bildirdi ki, mən sənə protokol yazacam və get ver məhkəməyə gör sildirəbiləcəksən? Bu ifadələri sinə mikrafonunda da qeyd edilib. Zəhmət olmasa məhkəmə prosesində səs yazısı da gətirilsin. Yol polisləri də artıq bu düşüncə geniş bir şəkildə formalaşmışdır ki, yazılan ərizələrə heçbir qurum baxmır və heç bir məhkəmə qərarı ləğv etmir. Bu səbəbdəndir ki, YPX əməkdaşları vətəndaşlarla təkəbbürlü və məzələnirmişcəsinə davranırlar. Yazmış olduğu şikayətə 4 ay sonra baxıldı. Və şikayətin qərarınada 7 dəfə yol polis idarəsinə getdikdən sonra təkidindən sonra qərarı xx.xx.2025 tarixində əldən təslim almışdır. Buda bir daha göstərdiki ölkədə qanunun adiliyinə deyil Yol Polis əməkdaşının mənfəətlərinə xidmət edilir. Artıq bu süründürməçiliyə məruz qalan vətəndaşların hüquqlarını təmin edəcəyinizə inanır. Nəticə etibari ilə yerdə xət xət olmasına baxmayaraq (səbəbindən qeyd etdiyim ünvanda 100 manat 3 bal cərimə olunmuş) (protokol nömrəsi İXP6879171). Qeyd etmək istəyir ki, həmən ərazidə kütləvi şəkildə sola dönmə hər gün qeydə alınır və BDYPİ əməkdaşları ərazidə olan qüsuru aradan qaldıracağına gizlənərək orda sola dönənləri cərimələyir. Beləliklə bilərəkdən vətəndaşlarla hökümət arasında narazılıqlara və polisin imicinə zədələnməsinə səbəb yaradırlar. Xətləmələr beynəlxalq standartlara cavab versəydi və görünüş dairəsində olsaydı və o nişanın tələbini pozsaydı barəsində tərtib olunmuş protokolla razılaşardı. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İXP6879171 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Əliyev Anar Mirhüseyin oğluna məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə Əliyev Anar Mirhüseyin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, buraxılmış şikayət vermə müddətinin bərpasına dair ərizə təmin edilməməli və Əliyev Anar Mirhüseyin oğlunın şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə qərarının surətini gec alması inandırıcı və ağlabatan deyil, şikayətində də qeyd etdiyi kimi protokol tərtib olunan gün məlumatlı olmuşdur, buna baxmayaraq inzibati xətanın törədildiyi vaxtdan 7 aydan çox vaxt keçmişdir. Əliyev Anar Mirhüseyin oğlunın şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən hansısa sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən vəsatət rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair şikayətçi Əliyev Anar Mirhüseyin oğlu tərəfindən verilmiş vəsatət rədd edilsin, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar