Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5775/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X4 25 aprel 2023-cü il tarixli EQ seriyalı 14158665 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X4 28 aprel 2023-cü il tarixli EQ seriyalı 14201440 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X4 02 may 2023-cü il tarixli EQ seriyalı 14270932 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X4 24 may 2023-cü il tarixli EQ seriyalı 14673803 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AsanPay-dən olan çıxarışdan görünür ki, X4 25 aprel 2023-cü il tarixli EQ seriyalı 14158665 nömrəli, 28 aprel 2023-cü il tarixli EQ seriyalı 14201440 nömrəli, 02 may 2023-cü il tarixli EQ seriyalı 14270932 nömrəli və 24 may 2023-cü il tarixli EQ seriyalı 14673803 nömrəli qərarlar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödəməmişdir. X2 İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar və qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan əlavə X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə 17 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12510490 nömrəli, 28 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12922801 nömrəli, 27 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12918244 nömrəli, 28 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12922756 nömrəli, 17 aprel 2023-cü il tarixli, EQ seriyalı 14020072 nömrəli, 24 noyabr 2022-ci il tarixli, EQ seriyalı 12255691 nömrəli, 18 noyabr 2022-ci il tarixli, EQ seriyalı 12184279 nömrəli, 04 noyabr 2022-ci il tarixli, EQ seriyalı 12025136, 10 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12429231 nömrəli, 10 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12429022 nömrəli, 29 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12633075 nömrəli, 29 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12628454 nömrəli, 27 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12916316 nömrəli, 13 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12766993 nömrəli, 24 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12582510 nömrəli, 27 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12922182 nömrəli, 27 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12922105 nömrəli, 07 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12393389 nömrəli, 28 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12923474 nömrəli, 11 aprel 2023-cü il tarixli, EQ seriyalı 13917974 nömrəli, 19 mart 2023cü il tarixli, EQ seriyalı 13582240 nömrəli, 19 mart 2023-cü il tarixli, EQ seriyalı 13571622 nömrəli, 25 fevral 2023-cü il tarixli, EQ seriyalı 13275255 nömrəli, 23 fevral 2023-cü il tarixli, EQ seriyalı 13252599 nömrəli, 22 fevral 2023-cü il tarixli, EQ seriyalı 13238306 nömrəli, 19 fevral 2023-cü il tarixli, EQ seriyalı 13197230 nömrəli, 18 fevral 2023-cü il tarixli, EQ seriyalı 13179702 nömrəli, 15 fevral 2023-cü il tarixli, EQ seriyalı 13141071 nömrəli və 02 fevral 2023-cü il tarixli, EQ seriyalı 12998644 nömrəli cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında iş üzrə protokol məhkəməyə 13 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz və İXM-nin 38.1, 53.1.6, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə icraata xitam verilməlidir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXMnin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməlidir. Bundan başqa Yasamal rayon Polis İdarəsi tərəfindən X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində tərtib edilmiş 28 yanvar 2023-cü il tarixli, EQ seriyalı 12923776 nömrəli, 19 aprel 2023-cü il tarixli, EQ seriyalı 14056006 nömrəli, 18 fevral 2023-cü il tarixli, EQ seriyalı 13179771 nömrəli və 10 dekabr 2022-ci il tarixli, EQ seriyalı 12425270 nömrəli qərara əsasən İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin iş üzrə aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəməyə daxil olmuş İXM-nin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar İXM-nin 469.3-cü maddəsinə əsasən çıxarılmışdır. Yəni hazırkı İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əsasən, şəxs onun barəsində 3 ay əvvəl İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş qərarın icra edilməməsində təqsirləndirilir. Halbuki, İXM-nin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid deyil. Ona görə də həmin cərimə qərarını qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra etməmə əməlinin törədilməsi, İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. Bununla da hazırkı İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. X4 barəsində 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və 31 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5775/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5775/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver