Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5798/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5, X1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati qərar qəbul edilmiş X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* № li qərarı ilə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 1000 (bir min) manat məbləğində cərimə edilməyi haqqında qərar çıxarmışdır. Həmin qərar 02 noyabr 2023-cü il tarixində rəsmi qaydada poçt vasitəsi ilə ona çatdırılmışdır. Aşağıda göstərilən səbəblərdən DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* № li qərarını tamamilə qeyri-qanuni və əsassız hesab edir. Belə ki, DƏMX-nin Bakı şəhər İdarəsi inzibati işi tamamilə birtərəfli qaydada araşdırmış, araşdırma zamanı tərəfimdən təqdim edilmiş şübutlara heç bir əhəmiyyət verməmiş, sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq məcmu halda qiymət vermək əvəzinə öz istəyinə uyğun, qeyri-qanuni, əsassız və ədalətsiz qərar çıxarmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Halbuki AR İXM-nin 48-ci maddəsinin tələblərinə əsasən izibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* № li qərarını AR İXM-nin tələblərini pozmaqla çıxarılmışdır. Belə ki, DƏMX-nin Bakı şəhər İdarəsi X2 haqqhesabının düzgün hesablanıb ödənilmədiyinə istinad edərək onu AR İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 1000 (bir min) manat məbləğində cərimə etmişdir. Halbuki həmin şəxsin pulu tam və artıqlaması ilə ödənilmişdir. Bununla bağlı zəruri sənəd və sübutlar DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilsə də qeyd edilən idarə həmin sübutlara heç bir əhəmiyyət verməyərək yalnız işçinin son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyini qeyd etməklə kifayətlənmişdir. Bundan başqa DƏMX-nin Bakı şəhər İdarəsi qərarda X3 iş vaxtından artıq işlədiyini lakin buna görə öna ödəniş edilməyinə istinad etmişdir. Bununla əlaqədar olaraq X3 istinad edilən gün ümumiyyətlə işə gəlməməsi ilə bağlı sübutu DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim etməyimə baxmayaraq həmin sübuta da heç bir əhəmiyyət verilməmişdir. Bununla da DƏMX-nin Bakı şəhər İdarəsi həm AR İXM-nin tələblərini həm də onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 nümayəndəsi və eyni zamanda vəkili X13 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, bununla bağlı lazımı sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 şikayətin əsassız olduğunu bildirərək, qəbul edilmiş qərar qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixində iş vaxtından əlavə vaxt ərzində görülən işlərə cəlb olunduğuna və əmək haqqının ödənilməsində AR ƏM-nin 165-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur və eləcə də istifadə olunmamış məzuniyyət günlərinə görə pul əvəzi düzgün hesablanıb ödənilmədiyinə görə AR ƏM-nin 144.2-ci maddəsinin tələbləri pozulmuşdur və nəticədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətdiyi üçün 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, qərar qəbul etmiş inzibati orqan öz qərarınında bir neçə əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına istinad edərək onların baş verməsi (törədilməsi) qənaətinə gələrək Zaur Abbasov barəsində inzibati tənbeh qərarı qəbul etmişdir. Məhkəmə hesab edir ki, hazırda məhkəmədə qanuniliyi və əsaslılığı mübahisələndirilən qərarın inzibati orqan tərəfindən onun qəbul edilməsində əsas götürdüyü sübutlar məhkəmə tərəfindən araşdırılmalı, onların həmin halların baş verib verməməsini təsdiq və ya inkar edilməsi ilə bağlı obyektiv nəticəyə gəlinməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, sözügedən sübutlar məhz tənbeh qərarının əsasını təşkil edən qeyd edilən konkret halları - birincisi E.Mehdiyevin xx.xx.2023-cü il tarixində iş vaxtından əlavə vaxt ərzində görülən işlərə cəlb edilməsini, ikincisi iş vaxtından artıq vaxtda görülən işlərə görə əmək haqqının ödənilməsi qaydalarının pozulmasını və üçünçüsü istifadə olunmamış məzuniyyət günlərinə görə pul əvəzinin düzgün hesablanıb ödənilmədiyini təsdiq etməlidir.Əks halda qəbul edilmiş inzibati qərar əsaslı və qanuni hesab edilə bilinməz. Məhkəmə tərəflərin bildirdikləri halları, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, sübutetmə yükü vəzifəsi üzərində olan inzibati orqanın nümayəndəsi təmsil etdiyi orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında qərarının əsaslarını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək məhkəmə inzibati orqanın hansı sübutlara əsaslanaraq qərar qəbul etməsini müəyyən edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərindən çıxış edərək məhkəmə bildirir ki, nə qədər ki, Z.Abbasovun təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir məhkəmə həmin şəxs barəsində qəbul edilmiş qərarı əsaslı və qanuni hesab edə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, X3 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayınadək 30 gün istifadə olunmamış məzuniyyət günlərinə görə son 12 ayda orta aylıq əmək haqqı məbləği baza götürülməklə müvafiq olaraq 2935.80 manat kompensasiya məbləği hesablanmaqla 2023-cü ilin iyul ayının əmək haqqısının üzərinə hesablanmışdır. İş materiallarında olan X3 "xxxx" MMC-yə ünvanladığı “Məzuniyyət üçün ərizə formaları” əsasında verilmiş əmrlərdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə 2 gün, xx.xx.2023-cü il tarixdə 1 gün, xx.xx.2023-cü il tarixdə 1 gün müddətinə növbəti əmək məzuniyyətləri verilmişdir. İş materiallarında olan X4 ödənilmiş son haqq hesabın Cədvəlindən görünür ki, X4 2023-cü iyul ayında işlədiyi 24 gün, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və ümumi tutulmalar nəzərə alınmaqla 6068.82 manat məbləğində ödəniş edilmişdir. Çıxarışdan görünür ki, hesablama ilə ödənilməli olan 6041.96 manat məbləğindən X4 26.86 manat artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 137 saylı Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli Əlavə - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısında “Nəzərə alınan ödənişlər” siyahısında 1-ci hissənin 2-ci bəndində müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar qeyd olunmuşdur. Həmin Siyahının “Nəzərə alınmayan ödənişlər” siyahısında 2-ci hissənin 1 -ci bəndində birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X4 "xxxx" MMC tərəfindən son haqq hesab ödənilən zaman artıq həcmdə ödənilmiş edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 137 saylı Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli Əlavə - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısında qeyd olunmuş Nəzərə alınmalı olan ödənişlər siyahısında 1-ci hissənin 2-ci bəndində verilmiş mükafatlar nəzərə alınmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, mükafatlar əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Belə olan halda "xxxx" MMC-nin direktoru X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin baş direktoru X12 tərəfindən hər hansı inzibati xəta törədilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X12 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5798/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5798/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver