Məhkəmə qərarları › İş №3(004)-58/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-58/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-58/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal DYPŞ-nın 12 yanvar 2017-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal DYPŞ-nın 12 yanvar 2017-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onu Yasamal Rayon Polis idarəsi inzibati binadan qeydiyyatdan çıxarmışdır, o onlara dəfələrlə şifahi müraciət etsədə onu qeydiyyata almamışlar, bu səbəbdən o özünə elektron imza ala bilməmişdir, qərardan şikayət vermə müddətini üzürlü səbəblərdən buraxdığını bildirmişdir. Ona görə də qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs X2 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal DYPŞ-nın 12 yanvar 2017-ci il tarixli qərardan vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bəərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal DYPŞ-nın 12 yanvar 2017-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə qərara a l d ı: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal DYPŞ-nın 12 yanvar 2017-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar