Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5803/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X10 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin hal müvafiq tibbi aktla təsdiq edilmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində X2 Yasamal rayonu, R.Quliyev küçəsində saxladığı “Hyundai İ-20” markalı avtomobilinin sağ qabaq qapısının pəncərəsini sındıraraq 300 manat məbləğində maddi ziyan vurmuş bundan başqa avtomobildən içərisində 230 manat pul və digər əşyalar olan çantanı oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, ev 24-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 9, mənzil 95-də yaşayan X7 xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, həmin tarixdə saat 18:30 radələrində özünə məxsus olan “Hyundai İ-20” markalı, **-KR-*** dövlət qediyyat nömrə nişanlı avtomobilini ünvan 2 ünvanın qarşısında saxlayaraq getmişdir. Təxminən 30 dəqiqədən sonra avtomobilinə yaxınlaşan zaman avtomobilin sağ qabaq qapısının pəncərəsinin naməlum şəxs tərəfindən sındırılaraq avtomobilin sağ qabaq oturacağın üzərinə qoyduğu qara rəngli çantasının oğurlandığını aşkar etmişdir. Həmin çantanın içərisində qəhvəyi rəngli pul kisəsi, 230AZN, sürücülük vəsiqəsi, avtomobilinin texniki pasportu, sürücülük vəsiqəsi, özünə məxsus olan üç ədəd “Access” bank kartları, qızı X9 şəxsiyyət vəsiqəsi, əri X3 “Beynəlxalq” bank kartı və evin açarları olmuşdur. X7 ərizəsində oğurluq hadisəsi ilə bağlı ümumilikdə ona 265(iki yüz altmış beş) AZN avtomobilin şüşəsinin sındırması ilə bağlı isə 300(üç yüz) AZN maddi ziyan dəymişdir. O, ərizəsində oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış X7 ərizə ilə eyni məzmunlu izahat verərək, göstərilən xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilmiş və bu barədə müvafiq protokol tərtib olunaraq material əlavə edilmişdir. Araşdırma zamanı hadisəni törətmiş şəxsin müəyyən edilərək, təhqiqata təmin edilməsi məqsədi ilə bölmənin aidiyyəti əməkdaşa tapşırıq verilmişdir. Araşdırma zamanı həmin əməli törədən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bundan başqa polis bölməsinə gətirildikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçərkən onun narkotik vasitə istifadəçisi olması müəyyən edilmişdir. Bununla da, X8 barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o narkotik vasitədən istifadə edir və hazırda işləmir. Maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Etdiyi əməllərindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxsun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 227 və 232.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD Qanununa əsasən, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. X6 məxsus çantasının talanmaqla hadisəni törətmiş şəxsin əməlində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin yeni, özgənin əmlakının gizli olaraq talama cinayətinin tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan beş min manatadək ziyan vurulduğu hallarda yaranır. Eləcə də həmin şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, vət. X6 məxsus əl çantasının içərisində olan sənədlərlə birlikdə oğurlayan şəxsin bunu tamah məqsədi ilə etməklə maddi dəyəri olacaq hər hansı əmlakı talamaq niyyətində olmuşdur. Belə olan halda faktı törədən şəxsin əməlində heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməli, hadisəni törətmiş şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nin aidiyyəti əməkdaşına həvalə edilməlidir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, X2 müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinə əsasən həmin maddənin tərkib əlamətləri özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. X2 avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona 300 manat məbləğində maddi ziyan vurulduğu üçün toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186cı maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, törədilmiş əməl müəyyən olunsa da, bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Toplanmış materialdan göründüyü kimi isə hadisəni törətmiş şəxsin əməli nəticəsində hər hansı cinayətin obyekti, yəni törədilən əməllə ziyan yetirilən ictimai münasibət yoxdur. Belə olan halda əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir. X1 məxsus avtomobilini şüşəsini sındıraraq ona 300 manat məbləğində maddi ziyan vurmuş şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkibi özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə əmlak sahibinə az miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. X2 avtomobilinin ön sağ qabaq şüşəsini sındıraraq ona 300 manat məbləğində maddi ziyan vurmuş şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədildiyindən həmin şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X4 aparılması haqqında 13 noyabr 2023-cü il tarixli 7345 nömrəli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində OPİ (+), AMP (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 12 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir və 11 noyabr 2023-cü il tarixdə X2 Yasamal rayonu, R.Quliyev küçəsində saxladığı “Hyundai İ-20” markalı avtomobilinin sağ qabaq qapısının pəncərəsini sındıraraq 300 manat məbləğində maddi ziyan vurmuş bundan başqa avtomobildən içərisində 230 manat pul və digər əşyalar olan çantanı oğurluq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 12 noyabr 2023-cü il saat 22:30-dan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator X4nın 7345 nömrəli, 13 noyabr 2023-cü il tarixli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 12 noyabr 2023-cü il tarixdən saat 22:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5803/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5803/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver