Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5810/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd qızının sədrliyi, X6 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X5, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 oktyabr 2024-cü il tarixdə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Toğrul Süleymanzadəyə qarşı 415 manat dələduzluq etmiş və pulu mənimsəmişdir. Bununla da, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 24 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal RPİ-nin 27ci Polis Şöbəsinin sahə inspektoru X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək 1 həftə əvvəl kartdan karta mebel düzəltdirmək məqsədi ilə Şəxs 415 manat verməsi, lakin sonuncunun vədinə əməl etməməsi və zənglərinə cavab verməməsi barədə məlumat vermişdir. Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Elvin Hümbətov tərəfindən 09 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, X9 və Şəxs ünvan 2 ünvanında ümumi həyətdə qonşuluqda yaşayırlar. Nigar Mirhadiyevanın dediyinə görə o həmin məbləğdə pulu Tağıya yaşadığı evin həyətində vermişdir. O həmin məsələ ilə bağlı qonşuları sorğu sual etmiş, lakin bu barədə məlumatı olan olmamışdır. Bundan əlavə araşdırma aparmasına baxmayaraq X12 Cəfərova 500 manat pul verməsini təsdiq edən heç bir sübut əldə edə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü dələduzluq etməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, o, X7 yaşadığı mənzilin mətbəx mebelini yeniləmək üçün mənzilə gedib mebelli ölçmüş və qiymətini maraqlanıb deyəcəyini bildirmişdir. Daha sonra o, təmir üçün lazımlı materialları almaq məqsədi ilə X3 415 manat pul istəmişdir. O, verilən pula materialların bir qismini almış, lakin qardaşının xəstəliyi ilə əlaqədar pul lazım olduğundan qalan pula dərman almışdır. X1 aldatmaq niyyəti olmamışdır. Söz verir ki, həmin məbləği qısa zamanda geri qataracaq. Yekun olaraq o göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, o, Yasamal RPİ 27ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər mebel ustası kimi tanıdığı Abdulla adlı şəxsə bir neçə dəfə mebel düzəltdirmişlər. O, Abdullanı tanıdığı üçün yaşadığı mənzilin mətbəx mebelini yeniləmək üçün müraciət etmişdir. Abdulla yaşadığı mənzilə gəlib mebelli ölçmüş və qiymətini maraqlanıb deyəcəyini bildirmişdir. 3 gün sonra Abdulla 420 manatı materiala verəcəyini bildirib ondan həmin pulu istəmişdir. O, Abdullaya 330 azn bir, 90 azn bir mobil telefonunda olan tətbiq vasitəsi ilə göndərmişdir. Abdullaya pulu göndərdikdən sonra 2 gün müddətinə mebelləri gətirib qurlaşdıracağını bildirsə də, halhazırki vaxtadək vədinə əməl etməyərək telefonunu söndürmüşdür. Hazırda Şəxs şikayətçi olsa da onun həbs olunmasını istəmir, borclu ona pulu qaytaracağına söz verir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Elvin Hümbətov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə yəni qeyd olunan 500 manat maddi ziyan az əhəmiyyətli olduğundan material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X7 izahatında 415 manat məbləğində pulun Şəxs tərəfindən dələduzluq yolu ələ keçirməsini bildirsə də, törədilən əməl mülki xarakterli münasibətlərə xas olması müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tək zərərçəkmiş şəxsin izahatına əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN ******* nömrəli 24 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X8 tərəfindən tərtib olunmuş MN ******* nömrəli 24 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5810/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5810/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver