Məhkəmə qərarları › İş №3(004)-5834/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5834/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5834/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında qərarına əsasən xx.xx.2025-ci il tarixdə «Chevrolet» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə Baş X8 İdarəsinin mərkəzi informasiya" sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X5iu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunan işə baxılarkən sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı müəyyən olunaraq barəsində Məcəllənin 332.3-cü maddəsilə EQ/28100194 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 məhkəmə zəng edib bildirmişdir ki, 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən ləğv edilmiş və bu səbəbdən məhkəmə iclasında iştirak etməyəcəkdir. “Asanpay” ödəniş sistemindən görünür ki, 16/1-126331 nömrəli inzibati xəta haqqında qərar mövcut deyildir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında qərar artıq mövcud deyildir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilmişdir, lakin həmin qərar artıq tam şəkildə icra edilmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılması mümkün deyil, ona görə də şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2025-ci il tarixli 16/1-126331 nömrəli inzibati xəta haqqında elektron qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar