Məhkəmə qərarları › İş №3(004)-5837/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5837/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5837/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21 avqust 2022-ci il saat 12:45 radələrində idarə etdiyi “Kia Rio minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində X7 idarə etdiyi “Toyota” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə vətəndaş “Toyota” markalı, **- TF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X4 Ağır xəsarət, X2 zərərvurmaya, X1 zərərvurmaya aid bədən xəsarətləri almışlar. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı Ə.Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf etdərək izahatında göstərdi ki, o, “Kia Rio” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edərək «Niyal taksi» şirkətində sürücü işləyir. 21 avqust 2022-ci il tarixdə saat 12:45 radələrində sifarişə əsasən Azadlıq prospekti Amerika səfirliyinin yanından üç nəfər sərnişin götürərək Xırdalan şəhərinə apararkən saat 13 radələrində Tbilisi prospekti ilə üzü 20 yanvar dairəsi istiqamətinə doğru saatda 50-km surətlə yolun orta zolaqı ilə hərəkət edərkən Tbilisi prospekti ilə A.Əliyev küçəsinə çatan zaman qarşısında hərəkətdə olan gümüşü rəngli “Toyota Prius” markalı avtomobil işıqforun qırmızı işıqı yandığı üçün qəflətən avtomobili saxladıqda əyləcə basıb idarə etdiyi avtomobili saxlamağa cəhd etmiş, lakin həmin zaman yolda təmir işləri getdiyi üçün və yolun hərəkət istiqamətində çınqıl daşları çox olduğundan avtomobil sürüşüb qarşısında dayanan “Toyota Prius” markalı avtomobilinə dəyib dayanmışdır. Hadisə zamanı avtomobildə əyləşən sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Daha sonra hadisə yerinə həkim briqadası və polis əməkdaşları gəldi. Sərnişinlər xəsarət aldıqları üçün həkim briqadası onları xəstəxanaya aparmışlar. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X8 bildirdi ki, Xocalı rayonundan məcburi köçkündür. Həsənova Nigar onun qızı, Həsənov Rəvan isə oğludur. Taksidə gedərkən digər taksi sürücüsü, sonradan adının Emin olan şəxsin avtomobili ondarın əyləşdiyi avtomobili vurmuşdur. Zərbənin təsirindən əli qırılmışdır, qızı və oğlu da xəsarətlər almışdır, qızının gözü hələ də sağalmayıb. Onları vuran Emin adlı şəxs hadisə yerində də özünü kobud aparmışdır. Hadisədən sonra Allah yolunda pislik etməmək üçün ərizə yazmışdır ki, Emindən şikayəti yoxdur. Lakin Emin hadisədən sonra bir dəfə də olsun onlarla maraqlanmayıb, onların xəsarətlərinin müalicəsi üçün ümumiyyətlə maraqlanmamışdır. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X9 bildirdi ki, hadisə nəticəsində aldığı xəsarətlərdən gözü hələ də sağalmamışdır. Onları vuran Emin adlı şəxs hadisə yerində də özünü kobud aparmışdır. Onlarla ümumiyyətlə maraqlanmamışdır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı Ə.Məmmədovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Tblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində “Toyota” markalı **-TF-*** dövlət nömrə nişanlı avtomobil ilə “Kia” markalı **- PL-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və xəsarət alan olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 850 nömrəli rəyindən görünür ki, vətəndaş X5 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ əlin bazu sümüyünün boynunun qapalı az yerdəyişmiş sınığı, sağ bazunun qançırı küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə,yol- nəqliyyat hadisəsi zamanıəmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 851 nömrəli rəyindən görünür ki, vətəndaş X6 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ gözün şişkinliyi, qançırı və konyuktiva qişası altında qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Həmçinin həmin qərarla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yasamal RPİ DYPŞ-yə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə yuxarıda qeyd edilən qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Hacızadə X13 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar