Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5840/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokol və ona əlavə edilmiş material məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, eyni şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş eyni tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuş, həmin iş 3(004)-5716/2023 nömrə ilə qeydiyyata alınmışdır. 3(004)-5716/2022 nömrəli inzibati iş üzrə məhkəmə iclası 21 noyabr 2023-cü il tarixə saat 16:00-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında Şəxs barəsində olan 3(004)-5840/2023 nömrəli və 3(004)-5716/2023 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən tərtib edilmiş 04 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı protokollar üzrə başlanılmış inzibati xəta haqqında işlər üzrə icraat 3(004)-5716/2023 nömrə altında davam etdirilib baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-5840/2023 nömrəli inzibati xəta haqqında iş 3(004)-5716/2023 nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin və inzibati işə baxılması 3(004)-5716/2023 nömrəli iş kimi davam etdirilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5840/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5840/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver