Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5844/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisələri üzrə inspektoru X2, Zərərçəkmiş şəxslər X1 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollarda göstərilir ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 12:40 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şərifzadə küçəsində yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və orada Şəxs qeyri-adekvat hərəkətləri onlarda şübhə yaratdığından onun sərxoş olmasından şübhələnildiyi üçün tibbi müayinədən keçməsinə zərurət yaranmışdır. Tibbi müayinə zamanı Şəxs narkotik vasitələrin təsiri altında sərxoş olduğu müəyyən edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs 26 oktytabr 2022-ci il tarixdə, saat 10:00-da saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, 24 oktyabr 2022-ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şərifzadə küçəsində ehtiyatsızlıqdan qəza törədərək iki avtomobilə maddi ziyan vurmuşdur. Hadisə baş verən vaxt narkomaniya xəstəliyindən müalicə aldığı müəssisədən 3 gün əvvəl çıxmışdır. Sonuncu dəfə narkotik vasitələrdən 5-6 ay əvvəl istifadə etmişdir. Etdiyi əməldən peşmandır. Hal-hazırda həmin avtomobillərə dəymiş zərəri ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 2 saylı tibb kollecinin qarşısında özünə məxsus “Hyundai İX-35” markalı **-NJ- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanmışdır. Bu zaman “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə çırpılmışdır. Qəza nəticəsində onun avtomobilinə 1000 manatdan artıq maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 bildirmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 2 saylı tibb kollecinin qarşısında özünə məxsus “Mercedes Benz” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobili park edərək su almağa düşmüşdür. Bu zaman “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə çırpılmışdır. Qəza nəticəsində onun avtomobilinə 3000-5000 manat maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 24 oktyabr 2022-ci il tarixli 1/5987 nömrəli aktından görünür ki, Şəxs analiz nəticələrində MOP (+), OPİ (+), TCA (+), BZO (+), MTD (+) aşkar edilmişdir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olarkən ilk olaraq yolun kənarında dayanmış “Hyundai İX-35” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil daha sonra “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq qəza törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurulması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində avtomobili narkotik vasitələrin təsiri altında sərxoş halda idarə edərək yol nəqliyyat hadisəsi törətmiş, bunun nəticəsində zərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində avtomobili narkotik vasitələrin təsiri altında sərxoş halda idarə edərək yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərəçəkmiş şəxsə maddi zərər vurması kimi halların, yəni İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 26 oktyabr 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5844/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5844/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver