Məhkəmə qərarları › İş №3(004)-5846/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5846/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5846/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin qanuni təmsilçisi X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2197/22 nömrəli 18 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/023203 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 61K14673/61K15503 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3024 nömrəli Gömrük Bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd olunmuşdur. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşı X4 izahatı alınmışdır. O, izahatından bildirmişdir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, BB/KN-29.07 nömrəli mügaviləyə əsasən Şəxs MMC-nin daşınma, gömrük bəyannamələrinin tərtib edilməsi və idxal olunan malların gömrük rəsmiləşdirilməsi işlərini “X3” MMC həyata keçirir, işin mahiyyəti üzrə xx.xx.2022ci il tarixdə Danimarkada geydiyyatda olan “Dantherm A/S” şirkətindən havalandırma sistemi yükü daxil olmuşdur, geyd olunan mallar ölkə ərazisinə daxil olmazdan əvvəl gömrük ganunvericiliyinin tələblərinə əməl edərək xx.xx.2022-ci il tarixdə **********7060 sorğu nömrəli gısa idxal bəyannaməsini tərtib etmişəm, elə həmin gün xx.xx.2022-ci il tarixdə Hökumət ödəniş portalı vasitəsi ilə **********7060 sorğu nömrəli gısa idxal bəyannaməsinə görə gömrük yığımı ödənilmişdir, (Ödənişi təsdig edən ********* nömrəli X7 təgdim edirəm), Şəxs MMC gısa idxal bəyannaməsini tərtib etmək üçün yükə aid mal müşayiət sənədlərini bizə təgdim edərkən, yükü daşıyan nəgliyyat vasitəsinin nömrəsini səhv vermişdir, buna görə də gısa idxal bəyannaməsində gömrük organına təhrif olunmuş məlumatlar verilmişdir, mallar ölkə ərazisinə daxil oldugdan sonra xx.xx.2022-ci il tarixli, **********3024 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük organına təgdim edilmişdir, gömrük organına təhrif olunmuş məlumatların verilməsi cəriməyə səbəb olur ancag burada mənim günahım yoxdur, mən idxalatçı şirkətin mənə təgdim etdiyi sənədlər əsasında bəyannamə tərtib edirəm, idxalatçı şirkətin nəgliyyat vasitəsinin nömrəsini səhv təgdim etməsi barədə sübutum gısa idxal bəyannaməsinə goşma edilmiş 844-209-045 nömrəli,xx.xx.2022-ci il tarixli, yol nəqliyyat qaiməsində(CMR) nəqliyyat vasitəsinin nömrəsi 61K14439/61K15503 kimi qeyd edilməsidir, məndə Şəxs MMC-nin təqdim etdiyi CMR əsasında qısa idxal bəyannaməsini tərtib etmişəm. Əlavə olaraq "BB SUPPLY” MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, 2022-ci il tarixdən tarixdən Şəxs direktoruyam. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, BB/KN- 29.07 nömrəli müqaviləyə əsasən Şəxs MMC-nin daşınma, gömrük bəyannamələrinin tərtib edilməsi və idxal olunan malların gömrük rəsmiləşdirilməsi işlərini “X3” MMC həyata keçirir, işin mahiyyəti üzrə bildirirəm ki, xx.xx.2022-ci il tarixdə Danimarkada geydiyyatda olan “Dantherm A/S” şirkətindən havalandırma sistemi yükü daxil olmuşdur. Həmin yüklər Bakı Baş Gömrük İdarəsində **********3024 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əlavə olarag geyd olunan mallar ölkə ərazisinə daxil olmazdan əvvəl gömrük ganunvericiliyinin tələblərinə əməl olunaraq xx.xx.2022-ci il tarixdə **********7060 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilmişdir. Həmin qısa idxal əbyannaməsində nəqliyyat vasitəsinin dartıcısının nömrəsi ilə sərhədi keçən nəqliyyat vasitəsinin dartıcısının nömrəsi arasında uyğunsuzluq vardır. Bildirirəm ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin bəyannaməçisi olan X4 heç bir məsuliyyəti yoxdur, çünki bizim verdiyimiz sənədlərə əsasən qısa idxal bəyannaməsini tərtib etmişdir. İxracatçı şirkət nəqliyyat vasitəsinin dəyişilməsi barədə məlumatı bizə gec vermişdir. Biz də öz növbəmizdə broker şirkətinə məlumat verdiyimiz vaxt artıq gec olmuşdur, çünki mallar gömrük ərazisinə daxil olduqdan sonra broker şirkətinə məlumat vermişik. Gömrük orqanına təhrif olunmuş məlumatların verilməsi cəriməyə səbəb olur. Gömrük qanunvericiliyinin pozulmasını etiraf edirik və şirkət olaraq məsuliyyət daşımağa hazırıq. iş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli, 10641223 nömrəli pro forma invoys, xx.xx.2022-ci il tarixli, DN-BB-220808 nömrəli müqavilə əsasında Danimarka Respublikasında qeydiyyatda olan Dantherm A/S Şirkətindən xx.xx.2022-ci il tarix saat 22:31 radələrində 61K14673/61K15503 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********7060 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, yəni 20,09.2022-ci il tarix saat 09:55 radələrində sorğu nömrəsi yazılmış və 20,09.2022-ci il tarix saat 13:12 radələrində ödənişlər ödənilmişdir. Həmçinin, **********3024 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci qrafasında nəgliyyat vasitəsinin nömrəsi 61K14673/61K15503 geyd edilmişdir, lakin **********7060 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gısa idxal bəyannaməsinin 21-ci grafası nəgliyyat vasitəsinin nömrəsi 61K14439/61K15503 qeyd edilmişdir. Bununla da **********3024 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci grafası ilə **********7060 sorğu nömrəli xx.xx.2022-ci il tarix qısa idxal bəyannaməsinin 21-ci grafası arasında uyğunsuzluq yaranmışdır. Belə ki, Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X5 inzibati xəta haqqında protokola etiraz etməyərək barələrində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 61K14673/61K15503 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********3024 nömrəli gömrük bəyannamələri ilə bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. xx.xx.2022-ci il tarixli **********7060 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 21-ci qrafada sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 61K14439/61K15503 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********3024 nömrəli gömrük bəyannaməsindən görünür ki, 18-ci qrafada göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin nömrəsi 61K14673/61K15503 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar