Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5850/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hakimi X1 X4 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı baxaraq, MÜƏYYƏN ETDİM: 28 oktyabr 2024-cü il tarixdə, X4, barəsində tərtib edilmiş qərarla bağlı şikayətə baxılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət düzgün tərtib olunmamışdır, barəsində şikayət verilən qərardan görünür ki, şikayət verən şəxsin barəsində deyil başqa şəxs barəsində qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalı qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə onun deyil barəsində qərar qəbul edilən şəxsin məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı şəxsin məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5850/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5850/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver