Məhkəmə qərarları › İş №3(004)-5858/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5858/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5858/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X2 iştirakı, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində "xxxx" MMCyə məxsus və yol vərəqəsi əsasında idarə etdiyi ** JU *** DQN-lı avtobus ilə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ilə 20 yanvar dairəsinə doğru hərəkət edib, 20 Yanvar dairəsində olan yol ayrıcında Moskva pr-dən gələn digər nəqliyyat vasitələri üçün qırmızı işığın və eyni zamanda onlar üçün yaşıl işığın yanmasını gözlədi.Yol ayrıcında Moskva prdən gələn nəqliyyat vasitələri üçün qırmızı işıq yandığını və yol ayrıcının təmiz boşaldığını gördükdən sonra yol ayrıcına daxil oldu. O, yol ayrıcına daxil olduqdan sonra, sol tərəfdən yəni Moskva pr-dən gələn “Toyota” "Prius” markalı avtomobilin sürücüsü svetaforun qırmızı işığında dayanmadan yol ayrıcına daxil olub. Sevtaforun qırmızı işığında yol ayrıcına daxil olan avtomobil, digər maneələrdən yayınaraq sonuncu dayanan onun idarə etdiyi avtobusun ön hissəsinə çırpıldı.Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmadı. Hadisədən dərhal sonra DİN-nin “102” qaynar xəttinə məlumat verdi. Hadisə yerinə DİNnin, Bakı şəhər DYP-nin X9 Səmədov adlı şəxs çıxdı. İnspektor avtomobillərin şəklini çəkdikdən sonra, sənədlərini götürərək, Bakı şəhər DYP-nə gəlməyini bildirdi. Növbəti günlərdə Bakı şəhər DYP-si idarəsinə gələrək TŞ 2-064 saylı təhlükəsiz şəhər kamerasına baxış keçirdi. TŞ 2-064 saylı kameranın 4-cü fıksinin 08:56:04- cü saniyəsində “Toyota” “Prius” markalı avtomobilin sürücüsü sevtaforun qadağan edici işığında keçərək onun avtomobilinə çırpılması tam olaraq, açıq-aydın şəkildə göründü. TŞ 2-064 saylı kamera görüntülərində onun günahsız olduğu sübut olunurdu. O, nizamlanan yolayrıcında YHQlarına riayət edərək daxil olmuşdur. Buna görə də,DYP-nin X9 Səmədov tərəfindən tərtib edilmiş Qərarın qanunsuz tərtib edildiyini düşünür. Məhkəmə iclasında iştirak edən X5 Faiq oğlu, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri X10 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Yol hərəkəti haqqında qanunun 75 və 76 maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydaları pozulmuşdur. X6 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İXP ******* saylı,xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində idarə etdiyi "BMC PROCİTY 12M" avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Yasamal rayonu, H.Zərdabi küç., Moskva pr, 20 Yanvar dairəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci -ci il tarixdə, saat 08:55 radələrində idarə etdiyi "BMC PROCİTY 12M" avtobus markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, H.Zərdabi küç., Moskva pr, 20 Yanvar dairəsində “Yol hərəkəti haqqında” qanunun 75 və 76 maddəsinin tələblərini pozmaqla, yolayrıcını keçmə qaydalarının pozması öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində Yasamal rayonu, H.Zərdabi küç., Moskva pr, 20 Yanvar dairəsində yolayrıcını keçmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı,xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* saylı,xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar