Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5861/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X3 iştirakı, X1 iştirakı ilə, X1 Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-cu il tarixdə, Yasamal rayonu, Tbilisi prospekti, Şəfayət Mehdiyev küçəsində avtomobilinin şəklini çəkərək ona 60 manat cərimə tətbiq etmişdir. Həmin cərimənin tətbiqi polis əməkdaşı tərəfindən ona protokol təqdim etməməsi səbəbindən qanunsuz hesab edir. Avtomobilini o, qeyri qanuni nömrə ilə idarə etməmişdir. Nömrəsinin qanunsuz olmasına dair polis əməkdaşı nə bir sübut təqdim etmişdir nə də ki protokolu ona rəsmi təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda mübahisələndirdiyi protokol tərtib edilməmişdən əvvəl onu bir neçə dəfə yol polisi əməkdaşları saxlamışlar və ona avtomobilin üzərində olan dövlət nömrə nişanının əzik olmas, müəyyən yerlərinin isə rənglərin pozulması və silinməsi səbəbindən yaxşı görsənməməsinə dair iradlarını bildirmişlər. xx.xx.2022-cu il tarixdə onun barəsində protokol tərtib edildikdən sonra o, avtomobilin üzərində olan dövlət nömrə nişanını yenisi ilə əvəzləmişdir. Məhkəmə iclasında iştirak edən AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X6 şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X11 İdarəsinin TP ******* nömrəli, 26 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yəni mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyan vasitəsini idarə etdmə faktı) törədilməsində təqsirli bilinib, barəsində 60 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclası zamanı X4 şəxsi telefonunda olan, özünə məxsus avtomobilin dövlət nömrə nişanının fotoşəklinə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Toyota Prius” minik markalı 99PX516 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun olmamışdır. Belə ki, dövlət nömrə nişanının üzərində əks olunmuş 99 rəqəmi olan hissə əzik olmaqla tam solğun görsənir və müəyyən hissələrində olan rəglər sürtülmədən pozulmuşdur. Halbuki, bu kimi hallar Azərbaycan Respublikasının ərazisində qüvvədə olan “AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərinə ziddir və avtomobilin üzərində olan dövlət qeydiyyat nişanına müdaxilə edilərək müəyyən işarələrin ağardılmaqla, silinməklə idarə eilməsi sözügedən standartın tələblərini kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X11 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5861/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5861/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver